KANAL24.AZ
Az Iw En Ru

“Zamanın idarə olunması və müvəffəqiyyətli karyera”

Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Zamanın idarə olunması və müvəffəqiyyətli karyera” mövzusunda təlim keçirilib.

THİK-nin sədr müavini İlkin Şərifov Kanal24-ə bildirib ki, həyatda özünə layiq yer tutmaq üçün hər bir tələbənin doğru zaman bölgüsü, həyatda uğur qazanmağın sirlərini öyrənməsinə ehtiyacı var. Təhsil müddətini səmərəli şəkildə keçirmək və təhsilini başa vurduqdan sonra uğurlu və müvəffəqiyyətli karyeraya sahib olmaq hər bir gəncin istəyidir. Tədbirin əsas məqsədi də uğur əldə etməyin yolunda nələrə diqqət yetirməyi, hansı prinsiplərə söykənməyi öyrənməkdir.
Sonra təlimçi Fəxri Ağayev tələbələrə uğurlu karyera qurmağın sirlərindən danışıb, sualları cavablandırıb.


18:15 07.11.2014