KANAL24.AZ
Az Iw En Ru

Müsabiqələrdə gənc alimlər qalib gəliblər

Noyabrın 6-da AMEA-nın Akademik M. Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda (KQÜKİ) bu elm müəssisəsinin gənc alim və mütəxəssisləri ilə görüş keçirilib.

İnstitutdan Kanal24.az-a bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru, akademik Dilqəm Tağıyev KQÜKİ-da 500 nəfərdən çox işçinin çalışdığını bildirib. Qeyd olunub ki, onların 135 nəfəri 40 yaşa qədər, 116-sı 35 yaşa qədər olan işçilərdir. O, son bir neçə ay ərzində bakalavr və magistr təhsilli gənc mütəxəssislərin institutda işə cəlb edildiyini vurğulayıb.
Direktor 28 May Respublika Gününə həsr olunmuş müsabiqədə 3 nəfər, Əsrin Müqaviləsinin 20 illiyinə həsr olunan qrand müsabiqəsində isə daha 3 gənc alimin qalib olduğunu diqqətə çatdırıb.
Sonra direktor gənc alim və mütəxəssisləri maraqlandıran suallarını cavablandırıb.


08:58 07.11.2014