KANAL24.AZ
Az Iw En Ru

Aşurada qan verənlərin sayı açıqlandı

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilib. 

Nazirlikdən Kanal24.az-a verilən məlumata görə, aksiyalar Bakı şəhərində "Mir Mövsüm ağa", "Təzə pir", "Bibiheybət", "Cümə", "Qaraçuxur", "Hacı Soltan-Əli" Keşlə qəsəbəsi məscidlərində, ET Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında, həmçinin Sumqayıt, Mingəçevir, Şəki, Bərdə şəhər məscidlərində, Gəncə İmamzadə məscidində, Lənkəran məscidində keçirilib. 

Aşura günü ilə bağlı təşkil olunmuş qanvermə aksiyalarda 4 min 43 nəfər könüllü olaraq qan verib ki, nəticədə 1060 litr qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Könüllü qanvermə aksiyaları Məhərrəmlik ayı boyunca davam edəcək. 


00:31 05.11.2014