KANAL24.AZ
Az Iw En Ru

Yazarlar Aşura günündən danışdılar

Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsi ilə Aşura Günü ölkə üzrə bir sıra məscid və ziyarətgahlarda qanvermə aksiyaları təşkil olunub.

Ölkə.az yazarların qanvermə aksiyasına olan münasibətini və aksiyada iştirak edib-etməməsini öyrənmək üçün onlarla əlaqə yaradıb. Yazarlarımız aksiya barədə müxtəlif fikirlər səsləndiriblər.

Zahir Əzəmət: "Mən qoşulmamışam, yəqin ki, heç qoşulmayacam da, bu aksiyanın əlyehinə olduğumuz anlamına gəlməz, sadəcə qan qoxusu deyilən bir şey var. İndiyə qədər özümə heç iynə də vurdurmamışam, səbəb bu qədər bəsitdir. Amma belə aksiyaları alqışlayıram, çünki bu ölkədə qan bankının yaradılmasına səbəb olur. Bu cür mərasimlərdən yararsız şəkildə istifadə etməkdənsə, bu cür qanvermə aksiyaları daha səmərəlidir. Ancaq təssüf ki, özüm müəyyən fobialarıma görə aksiyaya qoşula bilməyəcəm".

Rəşad Məcid: "Yox, qoşulmamışam, heç belə bir fikrim də yoxdur. Aşura günü ilə əlaqədar mənim öz fikirlərim var. Ümumiyyətlə hesab edirəm ki, bu cür aksiyalarda iştirak etmək düzgüz deyil, indi biz 21-ci əsrdə yaşayırıq. Həm Azərbaycanın öz torpaqlarında şəhid olan insanlar var, özümüzün kifayət qədər problemlərimiz var. Bir xalq kimi indi biz intibah dövründə olmalıyıq. Aşura mərasimlərinin orta əsrlərdəki səviyyədə, bir az da xurafat və fanatizmlə dolu səviyyədə keçirilməsinin əleyhinəyəm. Çox təəssüf ki, xalqımız 100 il bundan əvvəl maarifçilərimizin tənqid etdikləri bir sıra məqamları hələ də özlərində yaşadırlar. Düşünürəm ki, təhsilə, elmə, məlumatlanmaya daha çox önəm verilməlidir. Bir sıra fanatik xurafat düşüncələrdən uzaqlaşmaq lazımdır".

Nəriman Həsənzadə: "Mən xəstə olduğum üçün ümumiyyətlə bu barədə düşünməmişəm. Hazırda müalicə alıram və çarpayıdan uzaqlaşmaq şansım demək olar ki, yoxdur".

Xatırladaq ki, Aşura günü Məhərrəm ayının 10-cu gününə təsadüf edir. Bu gün İmam Hüseynin, onun ailə üzvlərinin və tərəftarlarının qətlə yetirildiyi gündür.

 


21:04 04.11.2014