KANAL24.AZ
Az Iw En Ru

İmzalanan sənədlər iki döst ölkə arasında əlaqələrin gələcəkdə daha da möhkəm olacağına möhkəm zəmin yaradır

Mayın 22-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan
Respublikasına dövlət səfərinə gəlib. İki dost ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə
xidmət göstərəcək səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Tacikistanın Prezidenti
Emoməli Rəhmonun təkbətək və geniş tərkibdə görüşləri keçirilib, bir sıra aktual məsələlər müzakirə
edilib və iki dövlət üçün əhəmiyyətli olan sənədlər imzalanıb.
Qeyd edilməlidir ki, Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri
xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub.
2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə
başlayıb.
Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan
Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq
münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü
göstərir. Buna son illərdə hər iki dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri misal göstərilə bilər.
Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də
birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı
əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il
martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq
haqqında Müqavilə” imzalanıb. Xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin başçısının ötən il
Tacikistana dövlət səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair 14
sənəd imzalanıb.
İqtisadi əlaqələrə gəldikdə vurğulamaq lazımdır ki, iki dost ölkə arasında siyasi münasibətlər
yüksək səviyyədə olsa da, iqtisadi sahədə əlaqələr ölkələrimizin potensialını tam əks etdirmir. İki ölkə
arasında illik ticarət dövriyyəsinin həcmi 6 milyon dollardır ki, bu da çox azdır. Hər iki ölkənin iqtisadi
potensialı ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artırılmasına imkan verir. Bu ilin ilk dörd ayında
iki ölkə arasındakı ticarət dövriyyəsi 78 faiz artıb. Tacikistan Transxəzər Beynəlxalq Nəqliyyat
Dəhlizindən (Orta Dəhliz) də fəal istifadə edir.
İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. Hazırda
Azərbaycanda 40-dək tacikistanlı tələbə təhsil alır. Azərbaycan-Tacikistan mədəni əlaqələri də
məhsuldarlığı ilə seçilir. Ölkələrimiz arasında qarşılıqlı mədəniyyət günləri və kino həftəsi keçirilib.
2022-ci ildən əvvəl Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında memorandum
imzalanıb. Bundan başqa, Xocənd şəhəri və Gəncə qardaşlaşmış şəhərlərdir.
Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Tacikistanın Prezidenti Emoməli Rəhmonun
təkbətək və geniş tərkibdə görüşləri keçirildi. Görüşlər zamanı ikitərəfli münasibətlərin gündəliyində
olan aktual məsələlər müzakirə edildi, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi
bazanı daha da möhkəmləndirəcək və iki dövlət üçün əhəmiyyətli olan sənədlər imzalandı. Ilk olaraq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti
Emoməli Rəhmon “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq
haqqında Bəyannamə”ni imzaladılar.
Mərasimdə həmçinin “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə
Tacikistan Respublikasının Sənaye və Yeni Texnologiyalar Nazirliyi arasında Anlaşma
Memorandumu”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti
yanında İcra Xidməti arasında məhkəmə aktlarının və digər orqanların aktlarının icrası sahəsində
əməkdaşlıq haqqında Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsi arasında
ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan
Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində
əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan
Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”i və “Azərbaycan
Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki
mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalandı.
Butün bunlar iki döst ölkə arasında əlaqələrin gələcəkdə daha da möhkəm olacağına möhkəm
zəmin yaradır.
Anar Xəlilov,
Sabirabad RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin
baş məsləhətçisi


16:47 26.05.2024