KANAL24.AZ
Az Iw En Ru

Neft hasil edən ölkələr problemlərin həlli üçün daha çox töhfə verməlidir

Dövlətimizin başçısı cənab İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində
keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı
“Euronews” televiziyasına verdiyi müsahibə zamanı noyabr ayında ölkəmizdə baş tutacaq
COP29-a, burada müzakirə ediləcək məsələlərə toxunub.
Dövlət  başçısı bu mötəbər tədbirin yüksək səviyyədə keçirilməsi ilə bağlı işlərin
aparıldığını bildirib. Qeyd edib ki, “Hər bir ölkə maliyyə imkanlarından və gündəmindən asılı
olaraq üzərinə düşən vəzifəni yerinə yetirməlidir”. Ölkəmiz tədbir zamanı bütün tərəflərin
özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyir. Bununla əlaqədar Azərbaycanın kifayət
qədər təcrübəsi vardır və körpü rolunu oynaya bilər. Belə ki, Azərbaycan dörd il ərzində BMT-
dan sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına rəhbərlik edib və təşkilatın üzvü
olan 120 dövlətlə birlikdə həqiqi mənada böyük tərəqqiyə nail olub. Cənab Prezident
müsahibəsində bildirib ki: “Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji
tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Digər sözlə, Qlobal Cənub
və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə
iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi
məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq? Çünki siz fərqli ideyaları, fərqli
fikirləri bilirsiniz”.
“Euronews” müxbirinin ötən il BƏƏ-də keçirilən COP28-də üstünlük təşkil edən qazıntı
yanacağı ideyası ilə bağlı sualını cavablandıran dövlət başçısı bildirib ki, “Konfransda
verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi
onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı,
Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni da
anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox
maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə
töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə
işləyirik”.
Cənab Prezient məsələ ilə bağlı öz mövqeyini bir daha nümayiş etdirərək deyib ki, neft
hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün
daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Həmrəyliyin maliyyələşmənin ayrılmaz
hissəsi olduğunu hesab etdiyini bildirib.
Müsahibədə vurğulanıb ki, “əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret
addımlar ata bilsək, bu, ən vacib miras olacaq. Eyni zamanda, bildiyiniz kimi COP üçün yenilik
olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin
yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin,
Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə
müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir”.
Yaqub Tağıyev,
Sabirabad rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru


09:52 25.05.2024