KANAL24.AZ
Az Iw En Ru

İki ölkə arasında kordinasiyalı fəaliyyət mövcuddur

Dövlət başçısı İlham Əliyev prezident seçkilərində qalib gəldikdən sonra ilk rəsmi səfərini məhz
Türkiyə Cümhuriyyətinə etdi. Bu, artıq uzun illərdir ki, qarşılıqlı olaraq bir ənənə halını alıb. Həm
Türkiyə, həm də Azərbaycan rəsmiləri ilk rəsmi səfərlərini məhz bir-birlərinə edirlər. Bu ənənəyə
Prezidentimiz yenə də sadiq qaldı və qardaş ölkənin paytaxtı Ankarada cənab İlham Əliyevin yüksək
səviyyədə qarşılanma mərasimi keçirildi. Xüsusilə də protokola uyğun olaraq dövlət başçımız həm
Anıtqəbiri, həm də Heydər Əliyev parkını  ziyarət etdi, Ulu Öndərin abidəsi önünə gül qoydu.
Həmçinin çox hörmətli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirdi. Eyni
zamanda, iki ölkənin heyətləri arasında görüşlər oldu və xüsusi sənədlər imzalandı. Bir daha bu
görüşlər zamanı mediaya verilmiş məlumat nəticəsində biz gördük ki, Azərbaycan-Türkiyə
münasibətləri günü-gündən inkişaf edir. İki ölkə arasında bütün sahələr üzrə münasibətlərin inkişaf
etdirilməsi üçün aidiyyəti qurumlar arasında kordinasiyalı fəaliyyət mövcuddur.
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq və qardaşlıq münasibətləri
bütün nazirlər, komitə sədrləri və aidiyyəti qurumların rəhbərləri ilə də ən yüksək səviyyədə davam
etdirilir. Bu da nəticə etibarı ilə daha çevik, daha sürətli formada münasibətlərin və əlaqələrin
inkişafına töhfəsini verməkdədir. Hərbi səneye, ordu quruculuğu, eyni zamanda təhsil sahəsində çox
mühüm addımlar atılmaqdadır. İqtisadi əlaqələrimiz də günü-gündən güclənir. Qarşılıqlı sərmayələrin
qoyuluşu artmaqdadır. Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi və yenidən qurulması işlərində
qardaş Türkiyə şirkətləri yaxından iştirak edir. Eyni zamanda Türkiyədə baş vermiş dəhşətli zəlzələnin
-  “Əsrin fəlakəti”nin aradan qaldırılması ilə əlaqədar Azərbaycan bu qardaş dövlətə hədiyyə olaraq
xüsusi bir şəhərcik salır. Bir sözlə, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq hökm sürür.  Bu
əməkdaşlıq günü-gündən ən yüksək səviyyəyə çatır. Strateji müttəfiqlik səviyyəsindən də yüksəkdə
olan dövlətlərarası münasibətlər yeni dövrdə də inkişaf edəcəkdir. Azərbaycan-Türkiyə
münasibətlərinin inkişafı nəticə etibarı ilə türk dövlətləri arasında da əlaqələrin güclənməsini
şərtləndirir. Digər türk dövlətləri də Azərbaycan-Türkiyə münasibətlərini nümunə götürərək qarşılıqlı
əlaqələrin gücləndirilməsində maraqlıdırlar. Mən düşünürəm ki, biz 2024-cü il və növbəti illərdə bu
münasibətlərin inkişafının məntiqi nəticəsini müxtəlif istiqamətlərdə görəcəyik.  Xalqlarımızın birgə
inkişafı, sosial rifahın yaxşılaşdırılması da əsas prioritetlərdən biri olacaqdır.
Regionda təhlükəsizlik məsələlərinə də önəm verilir. Bu istiqamətdə Ermənistan-Azərbaycan
münasibətlərinin normallaşmasının həyata keçməsi ilə bağlı hörmətli Ərdoğanın çox önəmli mesajları
oldu. Xüsusilə də Münxen Təhlükəsizlik Konfransından sonra cənab Ərdoğanın verdiyi açıqlamalar və
Ermənistana göndərdiyi mesajlar, düşünürəm ki, tək işğalçı dövlətə yox, eyni zamanda onların
havadarları üçün də bir barmaq silkələmək kimi dəyərləndirilməlidir. Onlar mövcud reallıqları
dəyərləndirərək doğru qərarlar verməlidirlər. Əks təqdirdə Ermənistanı çətin vəziyyətə düşürə bilərlər.
Həmçinin Qərbin, Ermənistanın havadarlarının oynadıqları, qurduqları planlar Azərbaycan-Türkiyə
münasibətlərinin qarşılıqlı əlaqələrinin inkişaf etməsi fonunda məğlub olmağa məhkumdur. İlham
Əliyev və Rəcəb Tayyib Ərdoğan cənabları birlikdə bütün çətin prosesləri arxada qoymağı bacarıblar.
Fikrimcə, regionun ən aparıcı dövlətləri olan Türkiyə və Azərbaycan dövlətləri öz liderliklərini
qoruyacaq. Bu münasibətlər nəticə etibarı ilə hələ uzun illər regionda aparıcı xətt olacaq.
Vəli Rəhimov,
Sabirabad Dövlət Sosial İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini


10:44 23.02.2024
Xəbər lenti
Bütün xəbərlər