KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir

Türkiyə qardaş ölkə kimi keçmiş Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə
Azərbaycana dəstək verib. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir
daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan
olmaqla bütün yüksək səviyyəli rəsmilər Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən
bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycanın özünəinam hissini artırdı.
Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start
verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir.  Azərbaycan dövləti də öz növbəsində
Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərir, bütün çətin
zamanlarda  qardaşının köməyinə çatan ilk ölkə olur.
Türkiyə-Azərbaycan birliyi bu gün regionda sabitləşdirici amildir. Azərbaycan və Türkiyə
bölgədə və dünyada gedən proseslərə münasibətdə həmişə eyni mövqe sərgiləmiş, eyni milli
maraqlardan çıxış etmişlər. Dünya siyasi düzəninin indiki şəraitində isə hər iki ölkənin bölgədə və
dünyada gedən proseslərə vahid prizmadan yanaşmaları, bir-birlərinin maraqlarını müdafiə etmələri
daha mühüm əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, hər iki ölkənin siyasi rəhbərliyi indiki
şəraitdə daha prinsipial mövqe nümayiş etdirirlər.
Prezident İlham Əliyevin fevralın 19 da Türkiyəyə rəsmi səfəri onu göstərir ki, Azərbaycan və
Türkiyə yeni hədəflərə birlikdə çatacaqlar. Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb
Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat
vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”i
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin xəzinə və maliyyə naziri Mehmet
Şimşek tərəfindən imzalanıb. Bu sazişlə ikiqat vergitutma aradan qaldırılır. Görünən odur ki, bundan
sonra  Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyip Ərdoğanın səyləri nəticəsində Azərbaycan
və Türkiyə arasında müttəfiqliq, strateji tərəfdaşlıq, güclü iqtisadi, mədəni əlaqələr daha da
genişlənəcək.
Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd tam orta məktəbinin direktoru


16:42 22.02.2024
Xəbər lenti
Bütün xəbərlər