KANAL24.AZ
Az Iw En Ru

Türkiyə bu gün dünya çapında söz sahibidir

Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Azərbaycan-Türkiyə
qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan
Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu
kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri mühüm əhəmiyyətə malikdir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən
müharibəsindəki tarixi Zəfəri bütün dünyaya Azərbaycanın gücünü, qüdrətini bir daha nümayiş
etdirdi. Bu müharibə günlərində xalqımız qardaş Türkiyənin Azərbaycana sarsılmaz dostluq mövqeyini
gördü, güclü dəstəyini hiss etdi.
Artıq ənənəyə çevrilən  hər iki ölkənin dövlət başçılarının prezident seçkilərindən sonra 
qarşılıqlı olaraq Türkiyəyə  və Azərbaycana  səfərləri iki qardaş ölkənin sarsılmaz dostluq nümunəsi
kimi dəyərləndirilir.  Prezident İlham Əliyevin türkiyəli həmkarı  Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə
fevralın 18-də  qardaş ölkəyə rəsmi səfəri  dövlət başçımızın  “Biz beynəlxalq təşkilatlarla bağlı bundan
sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi
davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan
siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim
ailəmizdir”.
Liderlik fəaliyyətində demokratiyaya, insan hüquq və azadlıqlarının qorunmasına, hər kəsə fərdi
yanaşma prinsipinə  üstünlük verən     Prezident Rəcəb Tayyib Ərdoğanın bölgələrə  səfərləri zamanı 
insanlarla ünsiyyəti, şəhid ailələrinin ağrı-acısına  həssaslıqla yanaşması,  yoxsul ailələrə  göstərdiyi
humanitar yardımlar dövlət başçısının şəxsi keyfiyyətlərini əks etdirməklə onun  əsl vətəndaş,  təcrübəli
rəhbər olmasını təsdiqləyir.  “Biz nə qədər güclü olsaq, bizim həqiqətlərimiz də bir o qədər üstün
olacaqdır. O qədər də bizim sözümüzü eşidəcəklər” söyləyən Prezident İlham Əliyevin sözlərini 44 gün
davam edən İkinci Qarabağ müharibəsindəki siyasi qüdrətimiz, hərbi gücümüz təsdiqlədi.  Türkiyədə
və Azərbaycanda sabitliyi pozmağa çalışanların qarşısı hər iki xalqın  birliyi ilə alındı.
Türkiyə-Azərbaycan  əməkdaşlığının bütünlükdə türk dövlətlərinin birliyinin
möhkəmlənməsindəki  əvəzsiz rolu son illərdə  daha da intensivləşib. Qlobal enerji və nəqliyyat
layihələrinin reallaşmasında əsas tərəfdaş olan  ölkələrimizin dünya siyasətində artan rolu türkçülüyün,
turançılığın  sarsılmazlıq nümunəsidir.
İki dost ölkənin birgə həyata keçirdiyi layihələr kifayət qədər çoxdur.   Nəqliyyat, enerji
layihələri ölkələrin sərhədlərindən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat
təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. Azərbaycan və Türkiyə
arasında ticarət dövriyyəsi bu gün 7,5 milyard dollar təşkil edir.
Ankaradakı görüşdə mətbuata bəyanatında Prezident İlham Əliyevin bildirdiyinə görə Türkiyə
bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında Türkiyənin mövqeyindən
bir çox məsələlər asılıdır.  Türkiyə bölgəmizdə barışın, istiqrarın, sülhün və iş birliyinin qarantıdır.
Qeyd edilib ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması
Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Belə ki, bu ilin iyulunda Şuşada keçiriləcək
Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə müşahidəçi statusunda olan Şimali Kipr Türk
Cümhuriyyətinin Prezidenti iştirak edəcək və bu, türk xalqlarının birliyi işinə növbəti güclü təkan
verəcəkdir.
Əziz Mikayılov,
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında həkim-anestezioloq


17:41 22.02.2024