KANAL24.AZ
Az Iw En Ru

Xaçmaz rayon icra başçısı “tender maxinasiyası”ndan özünə “RANGE ROVER” alıb-İcazə verin şübhələnək

Son zamanlar Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin şəxsi avtomobili gündəmdədir. Sosial şəbəkələrdə icra başçısının “Range Rover” markalı avtomobilinin qiyməti 450000 manat civarında hesablanaraq, sual doğuran və şübhə altında olan bu qədər maliyyənin, icra başçısının büdcəsində hardan olduğu maraq doğurur.

Xaçmaz rayon icra başçısının 3 milyon manatdan çox pulu hara xərcləyib? – TENDERLƏR

Gəlin, görək Xaçmaz rayonuna ayrılan bu qədər tender layiqincə xərclənib, yoxsa tenderlərin pulları “Range Rover”dədir…

Elnur Rzayevin başçı olduğu Xaçmaz Rayon İcra Hakimiyyətinin tenderlərdə payladığı pulllar sözün əsl mənasında dodaq “uçuqladır”. Bu dəfəki yazımızda 2020-ci ildə Xacmaz Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi tender müsabiqələr və bağlanan müqavlilələrlə bağlı ümumi məlumat verəcəyik. Sözügedən icra hakimiyyəti 2020-ci ildə tenderdə 3 milyon manatdan çox pul xərcləyib. Bağlanan tender müqavilələrinin siyahısını təqdim edirik:

Xaçmaz Rayon İcra Hakimiyyəti – “SDS GROUP” MMC – Xaçmaz şəhərində Mərkəzi İstirahət Parkının və Şəhidlər Xiyabanının abadlaşdırılması və təmiri işlərinin satınalınması – 1.534.655,95 AZN

Bildirmək yerinə düşər ki, qalib MMC-nin nizamnamə kapitalı cəmi 100 AZN-dir. Bu şirkətin də qanuni təmsilçisi isə SƏXAVƏT BƏŞİROV DİLQƏM OĞLUdur.

Xaçmaz Rayon İcra Hakimiyyəti – “TALEH-A.T.” MÜƏSSİSƏSİ – Xaçmaz şəhər daxili küçələrin təmiri və yenidən qurulması – 189.870 AZN. Bildirək ki, yol-tikinti şirkəti olan “Taleh-AT” Müəssisəsinin nizamnamə kapitalı 8633200 AZN-dir, qanuni təmsilçisi isə Əliyev Məhəmmədəli Heydər oğludur.

Xaçmaz Rayon İcra Hakimiyyəti – “BAKU BUILDING” Məhdud Məsuliyyətli Cəmiyyəti Çoxmənzilli yaşayış binalarının təmiri – 255.075,79 AZN AZN. Bildirək ki, qalib MMC-nin nizamnamə kapitalı cəmi 10 AZN-dir. Bu şirkətin də qanuni təmsilçisi isə SAMİR HÜSEYNOV RAFİQ OĞLUdur.

Xaçmaz Rayon İcra Hakimiyyəti – “TALEH – A.T.” müəssisəsi – Xaçmaz şəhər daxili küçələrin təmiri və yenidən qurulması – 953.054,14 AZN. Bildirmək yerinə düşər ki, qalib MMC-nin nizamnamə kapitalı cəmi 8633200 AZN-dir. Bu şirkətin də qanuni təmsilçisi isə MƏHƏMMƏDƏLİ ƏLİYEV HEYDƏR OĞLUdur.

Xaçmaz Rayon İcra Hakimiyyəti – “ASBELLA-GM”MMC – Katirovka sorğusu – 40000AZN. Qalib MMC-nin nizamnamə kapitalı cəmi 5 AZN-dir. Qanuni təmsilçisi isə İSMAYIL MUSAYEV FİRDOVSİ OĞLUdur.

Xaçmaz Rayon İcra Hakimiyyəti – “ALYANS MT”MMC – Katirovka sorğusu – 49.960 AZN.

Xaçmaz Rayon İcra Hakimiyyəti – “ALYANS MT”MMC – Katirovka sorğusu – 43.230 AZN. Bildirmək yerinə düşər ki, qalib MMC-nin nizamnamə kapitalı cəmi 5 AZN-dir. Bu şirkətin də qanuni təmsilçisi isə İSMAYIL MUSAYEV FİRDOVSİ OĞLUdur.

Onu da vurğulayaq ki, Xaçmaz Rayon İcra Hakimiyyəti 2021-ci ildə cəmi 1 dənə tenser müqaviləsinə imza atıb. “Osmanlı İnşaat” MMC ilə Xaçmaz və Xudat şəhərlərində aparılacaq abadlaşdırma işlərinin layihə-smeta sənədlərinin hazırlanmasına görrə 26.275 AZN-lik müqavilə imzalanıb. “Osmanlı İnşaat” MMC-nin isə nizamnamə kapitalı 10 AZN, qanumi təmsilçisi AQİL HÜSEYNOV CEYFUN OĞLUdur.

Baş Prokurorluq, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, Maliyyə Nazirliyi, Hesablama Palatası, Prezident Administrasiyası sosial şəbəkələrdə gedən yazının araşdırılmasını nəzarətə götürüb, yazılanların həqiqətə uyğun olub-olmadığına aydınlıq gətirməlidir.

Azər,

Hurriyyet.az


15:32 20.02.2024
Xəbər lenti
Bütün xəbərlər