KANAL24.AZ
Az Iw En Ru

Xalq və güclü Lider birliyi yeni mərhələdə bütün hədəflərə çatmağımıza zəmin yaradır

Prezident İlham Əliyevin inaqurasiya mərasimindəki çıxışı proqram xarakterli idi və qarşıdakı
dövrdə yeni hədəflərə dair konkret istiqamətləri özündə ehtiva edirdi. Məlumdur ki, 21 il əvvəl 2003-cü
ildə prezident seçiləndə İlham Əliyev qarşıda duran məsələlərin həll ediləcəyini vəd etmişdi və son 20
ilin mənzərəsi onu deməyə əsas verir ki, dövlət başçımızın da söylədiyi kimi, bizim sözümüz imzamız
qədər keçərlidir. 2018-ci ildə inaqurasiya mərasimində isə Prezident İlham Əliyev torpaqlarımızın azad
ediləcəyini, Azərbaycanda separatizmə son qoyulacağını bəyan etmişdi. Məhz 2 il sonra 2020-ci ilin
sentyabrında 44 günlük Vətən müharibəsində tarixi qələbə əldə olundu, Azərbaycanın ərazi bütövlüyü
bərpa edildi. 
Müharibədən ötən dövr ərzində isə Azərbaycan öz prinsipial mövqeyini davam etdirdi. Nəhayət,
2023-cü ilin sentyabrında antiterror əməliyyatı prosesin məntiqi sonluğu oldu. Beləliklə, Azərbaycanda
separatizmə birdəfəlik son qoyuldu. 2024-cü il zəfər seçkilərində də xalq öz seçimini edərək, qalib
liderə səs verdi. Bununla da qalib xalq və ölkə olaraq qarşımızda yeni dövr və vəzifələr durur.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, qarşıdakı mərhələdə güclü ordu quruculuğu davam
etdiriləcək, hərbi sənayenin inkişafının 2-ci mərhələsinin icrası başlayıb. Bu gün əsas hədəfimiz yeni
reallıqlarla əlaqədar sərhədlərimizin təhlükəsizliyinin gücləndirilməsi,  yeni sərhəd infrastrukturunun
yaradılmasıdır. Müzəffər Ali baş Komandanın da söylədiyi kimi, bu, Azərbaycanı xarici risklərdən
qorumaq üçün ən vacib şərtlərdən biridir. 
Təbii ki, yeni hədəflərimizdən biri də ideoloji bütövlük və tamlıq, cəmiyyətimizin xaricdən
gələn ideoloji basqılara davamiyyətinin artırılmasıdır. Dövlət başçımızın bu mənada prosesin aparıcı
komponenti kimi gənc nəslin müsbət keyfiyyətlərini qabartması və gözləntiləri bəyan etməsi təsadüfi
deyildi.  Xüsusilə kənar qüvvələrin təsirlərinin neytrallaşdırılmasında şübhəsiz ki, gənclərimizin milli
ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi olduqca vacibdir. Müzəffər Ali Baş Komandan yad
dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsinin hər bir ailənin, o cümlədən də dövlətin qarşısında
əsas vəzifə olduğunu bəyan etdi. Bu məsələdə cəmiyyətdən əsas gözlənti həmrəylik nümayiş
etdirməkdir. Çünki biz bu vaxta qədər əldə etdiyimiz bütün uğurları cəmiyyət olaraq sərgilədiyimiz
həmrəylik hesabına əldə etmişik. Yeni   inkişaf mərhələsində bu proses daha da güclənməli, daha güclü
Azərbaycan naminə hər bir fərd üzərinə düşən vəzifəni layiqincı icra etməlidir. Güclü dövlət, güclü
xalq və güclü lider tandemi bizi yeni mərhələdə bütün hədəflərə çatmağımıza zəmin yaradır.
Rəşad Qurbanov,
Sabirabad rayon Gənclər evinin direktoru


09:59 17.02.2024