KANAL24.AZ
Az Iw En Ru

Həqiqətən də YAP - dünənin, bu günün və sabahın partiyasıdır

Yeni Azərbaycan Partiyası siyasi səhnəyə XX əsrin 90-cı illərin əvvəllərində ölkədə yaranmış
mürəkkəb ictimai-siyasi şəraitdə gəlib. Bu illər ərzində tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi
qarşıdurmanın dərinləşməsi sayəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Cəmiyyət
ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni
böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu.
Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir
partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Heydər Əliyevin ətrafında birləşdilər. Məhz
belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, o dövrdə blokada şəraitində olan
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edən Heydər Əliyevə müraciət göndərildi.
Azərbaycanın ən yeni tarixinə «91-lər»in müraciəti kimi daxil olmüş həmin sənəd əslində, bütün xalqın
arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu
şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya
rəhbərlik etmək xahiş olunurdu.
21 noyabr 1992-ci ildə 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis
konfransını orada keçirməyə nail oldular. Partiyanın təsis konfransında Heydər Əliyev YAP-ın sədri
seçildi. Bununla da Azərbaycanın ictimai-siyasi səhnəsinə cəmiyyətdəki qüvvələr nisbətini və bundan
sonra ölkədə baş verəcək hadisələrin axarını köklü və konstruktiv surətdə dəyişən partiya meydana
çıxdı. Yeni Azərbaycan Partiyası qısa bir müddətə geniş şöhrət qazanaraq cəmiyyətin bütün təbəqə və
kateqoriyalarından olan sağlam qüvvələri öz ətrafında birləşdirə bilib, ümumxalq partiyası olmaq
istiqamətində uğurlu addımlar atdı.
1993-cü ildə YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni
dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişdi, iqtidar partiyasına çevrilərək
ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirdi, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai
həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirdi. 1995-ci ildə
keçirilən Parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan
Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrildi, ona olan ümumxalq inamı bir daha
təsdiq edildi.
2003-cü ilin oktyabr ayının 15-də keçirilən prezident seçkilərində YAP sədrinin birinci müavini,
İlham Əliyev prezident, daha sonra YAP-ın 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında
yekdilliklə YAP-ın sədri seçildi.
Bu gün bütün sahələrdə qazanılan uğurlar və Vətən müharibəsindəki Şanlı Qələbə nəticəsində 
Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib.   Ölkə daxilində sabitlik, firavanlıq hökm sürür,
insanların rifah halı gündən-günə yaxşılaşır. Bütün bu uğurlar güclü xalq-iqtidar birliyinin sayəsində
mümkün olub. Ona görə də tam əminliklə demək olar ki, bu gün  yaranmasının 31 illiyini qeyd edən
YAP ümumxalq partiyasıdır.
Elman Nuriyev,
Sabirabad rayonu, Kür və Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi


10:29 22.11.2023