KANAL24.AZ
Az Iw En Ru

YAP siyasi dəyərlər və prinsiplər üzrə xalqa ləyaqətlə xidmət edir

1990-cı illərin əvvəllərində Azərbaycanda daxili hərc-mərclik, siyasi çəkişmələr, hakimiyyət
uğrunda mübarizə, özbaşınalıq, idarəçilikdə xaos hökm sürürdü. Eyni zamanda, bu dönəmdə
Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir, torpaqlarımız ard-arda işğal olunurdu.
Ölkəmizi bu çətinliklərdən xilas etmək üçün yeni bir siyasi təşkilatın yaradılması tarixi zərurətə
çevrilmişdi.
1992-ci il oktyabrın 16-da 91 nəfər Azərbaycan ziyalısı ölkəni böhrandan çıxarmaq üçün yeni
bir siyasi partiyanın yaradılması təşəbbüsünü irəli sürdü. Təşəbbüsün reallaşdırılması üçün 91 nəfər
Azərbaycan ziyalısının imzası ilə xalqımızın müdrik, uzaqgörən dövlət xadimi Ümummilli Lider
Heydər Əliyevə müraciət göndərildi. Hər zaman xalqını düşünən və xalqının yanında olan Ümummilli
Lider bu çağırışlara səs verərək müraciəti qəbul etdi. Qeyd edək ki, həm ziyalıların müraciəti, həm də
Ulu Öndərin cavabı «SƏS» qəzetində dərc olundu. Beləliklə, noyabrın 21-də 550 nəfərin iştirakı ilə
Yeni Azərbaycan Partiyası təsis olundu və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi.
Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət
ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Bu, xalqın Heydər Əliyevə
böyük inamının, Onun rəhbərlik etdiyi partiyaya dəstəyinin bariz ifadəsi idi. 31 illik şərəfli yol keçən
qələbələr partiyası YAP öz sıralarında 720 mindən artıq insanı birləşdirir. Partiyanın təmsilçilərindən
formalaşmış iqtidar komandası ölkəmizi tarixin ən böyük nailiyyətlərinə yetirmiş Prezident İlham
Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlar qazanıb. YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII
qurultayında partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyulub.
YAP-ın VII qurultayı təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün əlamətdar və son
dərəcə önəmli ictimai-siyasi hadisə idi. VII qurultayı əlamətdar edən mühüm amillərdən biri də
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsini Prezident, Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə möhtəşəm Qələbə ilə sona çatdırması idi. Bu tarixi Qələbə nəticəsində Azərbaycan öz
ərazi bütövlüyünü bərpa etdi və Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı.
YAP-ın VII qurultayında müasir dövrün bütün tələb və çağırışlarına cavab verən partiyanın
yeni Nizamnaməsi təsdiq olundu. Eləcə də yeni Nizamnaməyə əsasən İdarə Heyəti, Təftiş
Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı kimi vacib strukturlar yaradıldı. Bir
məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında
YAP-ın Sədri, Prezident İlham Əliyev çıxış edərək ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən
mühüm mərhələlərini qeyd etmiş və partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır.
Məhz elə bu mənada da VII qurultay YAP-ın tarixində yeni inkişaf mərhələsinin başlanğıc nöqtəsi
kimi dəyərləndirilməlidir.
2021-ci il sentyabr 10-da və 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə
Heyətinin iclaslarında partiyanın 76 yerli təşkilatının sədr vəzifəsinə təyinat olmuşdur. Diqqətəlayiq
haldır ki, 76 yerli təşkilatın 48-də yeni sədr seçilmiş və bununla da sədrlərin orta yaş həddi 59-dan 50-
yə enmişdir.
YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmiş partiyanın yeni
Proqramı xüsusilə böyük əhəmiyyət kəsb edir. Yeni proqram demokratik dəyərlərə və milli maraqlara
əsaslanaraq, özündə müasir yanaşma üsullarını ehtiva edərək, siyasi münasibətlərin bütün strateji
fəaliyyət istiqamətlərini əhatə edir. YAP-ın VII qurultayında partiyanın Sədri cənab İlham Əliyev
yeni proqramın hazırlanması barədə tapşırıq və tövsiyələrini vermişdi. Qurultaydan sonra yaradılmış
müvafiq İşçi qrupu tərəfindən proqram üzərində işlərə başlanılmış və növbəti aylar ərzində sənədin
layihəsi işçi qaydada dəfələrlə geniş tərkibdə müzakirə olunmuş, Partiyanın Sədri İlham Əliyevin
tapşırıqları nəzərə alınmaqla təkmilləşdirilmişdir.
Ötən illər ərzində qarşıya qoyulmuş bu vəzifələr yüksək səviyyədə icra edilmişdir. Yeni
proqram isə, əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təməl prinsipləri dayanmaqla,
Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərini müəyyən edən çox mühüm strateji
sənəddir. 5 fəsildən ibarət olan proqramda Azərbaycanın qarşısında dayanan yeni hədəflər öz əksini
tapıb və bu proqram uğurla reallaşdırılır.
Səbinə Əliyeva,
Sabirabad rayon Uşaq və ailələrə dəstək mərkəzinin direktoru


08:28 22.11.2023