Hər zaman Azərbaycan xalqının taleyini düşünən, ölkəsini böhrandan çıxarmaq məqsədilə
yaradılan Yeni Azərbaycan Partiyası cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilmiş ümumxalq
partiyasıdır. Xaos və qeyri-sabitliyin hökm sürdüyü bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası
Azərbaycan xalqının düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını aldı, məhv olmaq təhlükəsi
ilə qarşı-qarşıya olan bir dövrdə xalqın ziyalıları Azərbaycan xalqının dahi lideri Heydər Əliyevin
ətrafında birləşdilər və Onun təşəbbüsü ilə 1992-ci il noyabrın 21-də bu partiya təsis edildi.
Azərbaycan xalqının ÜmummilliL Lideri Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan
Partiyası qısa müddət ərzində inkişaf edərək xalq partiyasına çevrildi. Ölkəmizdə siyasi sabitliyin və
davamlı inkişafın təminatçısı olan partiya yarandığı gündən bu günə qədər çox şərəfli və uğurlu yol
keçmişdir.
Azərbaycan xalqını Ümummilli Liderimizə olan etimadı sayəsində bu partiya qısa müddət
ərzində təşkilatlanaraq bütün bölgələrimizdə yerli təşkilatlarını yaratmağa nail oldu. Partiyanın ən
əsas məqamı Azərbaycan dövlətinin müstəqilliyini qorumaq , ərazi bütövlüyünü təmin etmək, əmin-
amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik və güclü iqtisadiyyat yaratmaqdan ibarət olub.
Ulu Öndər Heydər Əliyevin siyasi varisi, xalqımızın lideri Prezident İlham Əliyevin rəhbərliyi
ilə partiyamız yeni-yeni uğurlar qazanır. Cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin
nəticəsidir ki, 30 ildən artıq düşmən tapdağında olan torpaqlarımız qəhrəman Azərbaycan oğullarının
igidliyi sayəsində azad olundu, Azərbaycan xalqı Ali Baş Komandanın dəmir yumruğu altında
birləşərək xalqımız üçün çox önəmli olan zəfər tarixini Azərbaycan xalqının tarixinə əbədi olaraq
həkk etdi. Azad olunan torpaqlarda aparılan yenidənqurma işləri Azərbaycan xalqına yenidən ruh
yüksəkliyi verdi.
Bir sözlə,müstəqil,güclü və qüvvətli dövlətçilik Yeni Azərbaycan Partiyasının əsas
prinsipləridir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən cənab
Prezident İlham Əliyevin rəhbərliyi Yeni Azərbaycan Partiyasının yeni zəfərlərə imza atacaq.
Nail Xanməmmədov,
Sabirabad rayonu Ulacalı kənd tam orta məktəbinin direktoru