

Bəli, Yeni Azərbaycan Partiyası 31 il şərəfli yol keçərək monolitliyini qorudu, gücləndi, bütün
seçkilərdə parlaq qələbələr qazandı. Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı qələbələr bu
partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata
keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir. İştirak etdiyi bütün
seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbə qazanması ölkə vətəndaşlarının Azərbaycan reallığına
verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamının
ifadəsidir. Bu, həm də İlham Əliyevin hər bir vətəndaşın Prezidenti olduğunun, eləcə də Azərbaycanın
hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması, ildən-ilə xalq-iqtidar
birliyininin güclənməsinin göstəricisidir. Məhz bu gün sevinirik ki, ulu öndər Heydər Əliyevin ideyaları
yaşayır, qalib gəlir, Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri
İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə və müvəffəqiyyətlə həyata keçirilir. Necə
ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı ulu öndərimiz Heydər Əliyev
demişdir: «Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır»”.
Ali Baş Komandan Prezident İlham Əliyevin uğurla apardığı siyasət nəticəsində Azərbaycan öz
ərazi bütövlüyünü bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa
olundu.
Bu, Qələbə həqiqətən də bizim qürur mənbəyimizdir. Bu reallığı Azərbaycan xalqı görür və
bəlkə də son 30 ildə bu qədər qürurlu olmamışdı. 44 gün ərzində tariximizin Zəfər Salnaməsi yazıldı.
Məhz bu böyük qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı olmasının
sübutudur. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu
fikirləri bir daha yada salmaq yerinə düşər: “Bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli
dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə ümummilli lider Heydər Əliyevin siyasəti davam
etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu
siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam
etdirəcəyəm”.
Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və
rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır.
Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının söylədiyi kimi: “YAP sözün
əsl mənasında ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib.
YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri
var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”.
Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru