

Ağdam Azərbaycanın həm ərazi baxımından, həm də iqtisadi baxımdan inkişaf etmiş
rayonlarından biri olub. Sovetlər dönəmində bu rayonda müxtəlif sənaye obyektləri fəaliyyət
göstərirdi. Azərbaycanda ilk dəfə çörək muzeyi də Ağdamda yaradılmışdı, Tarix-diyarşünaslıq
muzeyində əsrlərin eksponatları mühafizə edilirdi. .
"Ağdam" sözü qədim türk dilində "kiçik qala" mənasındadır. Sonralar bu ifadə "işıqlı, ağ bina"
anlamında da işlədilib.
Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başlayanda Ağdam da müdafiə
döyüşləri aparırdı. Ermənistanın təxribatları davam edirdi. Ermənilər 1990-cı ilin avqust ayında
Tbilisi-Ağdam marşrutu ilə işləyən abtobusu partlatdı, 20 nəfər həlak oldu, 1991-ci ilin sentybrında
Ağdam - Xocavənd marşrutunda törədilən təxribatda 5 nəfər, Ağdam - Qaradağlı marşrutunda 8 nəfər
sərnişin həlak oldu. Ermənilər 1992-ci ildə Ağdamdan Şuşaya uçan mülki helikopteri vurdular, 41
sərnişin, 3 ekipaj üzvü həlak oldu...
İkinci Qarabağ müharibəsi başladı. Azərbaycan Ordusu döyüşlərlə torpaqalrımızı işğaldan
azad etdi. 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bəyanatın şərtlərinə görə Ermənistan
Ağdamdan döyüşsüz çıxdı. Noyabrın 20-si Ağdamın işğaldan azad edilməsi günü oldu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci il noyabrın 23-də Ağdam
şəhərində Dövlət Bayrağımızı ucaltdı, Cümə məscidini ziyarət etdi. Onun dediyi fikirləri ictimaiyyət
tarixi Zəfərin davamı bildi: “Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün
olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu
ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o
bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O
istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər.
Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu,
Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki
təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində
bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni
şərtləndirdi”.
Ölkə başçımızın Ağdama növbəti səfərində Bərdə-
Ağdam avtomobil yolunun, Ağdam şəhərində ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, 210
çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının,
“Park Forest Otel Ağdam” mehmanxanasının yeni yaşayış kompleksinin təməli qoyuldu. 2022-ci ildə
Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı kəndinin, Kəngərli kəndinin təməli
qoyuldu…
Bunlar işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması strategiyasının
təzahürüdür və uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 20 Noyabr Ağdam
Şəhəri Günü elan edilib. Bu tarixi gün təkcə ağdamlılar üçün deyil, hamımız üçün doğmadır.
Hamımız bu günün mahiyyətində Azərbaycan dövlətçiliyini, Azərbaycan Ordusunun qüdrətini
görürük...
Vüsal Hüseynov,
Sabirabad Regional ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsinin rəisi