KANAL24.AZ
Az Iw En Ru

Ağdamın işğaldan azad olunmasından 3 il keçdi

2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının
Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış
üçtərəfli Bəyanata əsasən münaqişəsi zonasında bütün hərbi əməliyyatlar dayandırıldı və həmin
tarixdən etibarən Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar dayandırıldı. Bəyanatın
şərtlərinə əsasən Ağdam rayonu noyabrın 20-də, Kəlbəcər rayonunu noyabrın 25-də və Laçın
rayonunu isə dekabrın 1-də Azərbaycan Respublikasına qaytarıldı.
27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində Azərbaycan Ordusu 44 gün ərzində
düşmənə döyüş meydanında qalib gələrək 30 ilə yaxın müddətdə işğal altında olan yaşayış
məskənlərimizi bir birinin ardınca azad etdi. 8 noyabr tarixində Azərbaycan ordusunun Qarabağın tacı
olan Süsanı azad etməsi işğalçı Ermənistanı kapituliyasiya aktına imza atmağa məcbur etdi. Beləliklə
döyüş meydanında məğlub olan Ermənistan siyasət meydanında da Azərbaycan Dövlətinə məğlub
olduğunu qəbul etdi.
İnzibati rayon kimi 1930-cu ildə yaradılan Ağdam rayonu füsünkar təbiəti olan Qarabağın
mərkəzində yerləşir. Ağdam qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloqlar Ağdamda
ərazisində yerləşən Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət
qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və
Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. Bu qəhrəman şəhər Birinci Qarabağ
Müharibəsində 6 mindən artıq şəhid verdi. 23 iyul 1993–cu ildə ərazisinin 73 faizini itirən Ağdamın
128 min sakini məcburiköçkün həyatını yaşamağa məcbur oldu.
1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 1993-cü il 29 iyul tarixində “İşğalçı
qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz
çıxarılması” tələb edən 853 saylı qətnaməni qəbul etdi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara
tabe olmaqdan yayındı. 44 günlük vətən müharibəsində Müzəffər Ordusu torpaqlarımızı döyüş
meydanında canından, qanından keçərək azad etdi. İşğaldan azad edilmiş ərazilərdə daşı daş ustundə
qoymayan düşmən hətta mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət
etmişdir. Ağdamı ziyarət edən xarici və yerli jurnalistlər onu “Qafqazın Xirosiması” adlandırıblar.
Artıq digər azad olunmuş rayonlarımız kimi Ağdamdada quruculuq və bərpa işlərinə başlanılıb. 2021-
2023-cü illərdə ölkə başçısının Ağdama daha bir neçə səfəri oldu. Bu səfərlər zamanı 2021-ci ildə
Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam
Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam
şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının
qoyulması mərasimləri keçirildi, 2021-ci il mayın 28-də həm də sahəsi 125 hektar olan Ağdam şəhər
meşə-parkında ağacların əkilməsinə start verildi.
2022-ci ildə Ağdam Sənaye Parkında iki müəssisənin, “Park Forest Otel Ağdam”
mehmanxanasının, yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının,
Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı, Sarıcalı və Kəngərli kəndilərinin,
Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, Dəmir yolu və Avtovağzal Kompleksinin,
“City Hotel Agdam” mehmanxanasının, daha bir yaşayış məhəlləsinin təməlqoyma mərasimləri,
Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi,
Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksi və Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə, Pənahəli xanın sarayı və
İmarət Kompleksi ilə, Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanışlıq oldu, Xurşidbanu
Natəvanın abidəsinin açılış mərasimi keçirildi.
Bu il noyabrın 15-də isə Ölkəmizin rəhbəri Ağdam rayonuna səfəri zamanı Ağdam-Füzuli
avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub.
Artıq Ağdam şəhəri üç ildir ki, azaddır. İşğaldan azad edildikdən qısa bir müddət sonra burada
bərpa quruculuq işləri başlamışdır və hal-hazırda da davam etdirilməkdədir. Tezliklə bütün azad
olunmuş kənd və qəsəbələrimiz öz doğma sakinlərini qoynuna alacaq.
Bu il isə Ağdamlılar ilk dəfə olaraq Ağdamın işğaldan azad edilən günün – noyabrın 20-nin
Ağdam Şəhəri Günü kimi qeyd edilir.
Əliqulu Babaşov,
Sabirabad rayonu, “34 saylı Yol istismarı” MMC-nin direktoru


09:34 21.11.2023