KANAL24.AZ
Az Iw En Ru

Sabirabadda “2023-cü il “Heydər Əliyev İli” çərçivəsində “Nurlu ömrün anları” adlı teatr tamaşası nümayiş olunub

Sabirabad Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi və Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram
Teatrının birgə təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Nurlu ömrün
anları” adlı teatr tamaşası nümayiş olunub.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Sabirabad
şəhərinin mərkəzindəki ucaldılan əzəmətli heykəlini ziyarət edib, önünə tər güllər
düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
Təbdirdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, YAP
Sabirabad rayon təşkilatının nümayəndələri, Sabirabad Regional Mədəniyyət
İdarəsinin işçiləri, İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi və rayon
sakinləri iştirak ediblər.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin
inkişafına verdiyi töhvələrdən danışıb, Ümummilli Liderin zəngin irsinin,
fəaliyyətinin və ideyalarının indiki və gələcək nəsillər üçün örnək olduğu
bildiriblər. Hər bir azərbaycanlının qəlbində Ulu Öndər Heydər Əliyevə böyük
sevgi və dərin minnətdarlıq hissinin olduğunu, onun əziz xatirəsinin daim
qəbimizdə yaşayacağını vurğulayıblar.
Daha sonra Əməkdar mədəniyyət işçisi, şair-dramaturq İftixar Piriyevin
müəllifi olduğu mənzum dram İrəvan teatrında 2013-cü ildə səhnəyə qoyulmuş
Ulu Öndər Heydər Əliyevin həyat yolundan, fəaliyyətindən bəhs edən “Nurlu
ömrün anları” adlı teatr tamaşası nümayiş olunub. Tamaşa rayon sakinləri
tərəfindən böyük maraqla qarşılanıb.


23:58 14.07.2023