KANAL24.AZ
Az Iw En Ru

Sabirabadda "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu" mövzusunda dəyirmi masa keçirilib

Sabirabad rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasında 2023-cü il
“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi və 26
İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə "Heydər Əliyev və
Azərbaycanda ordu quruculuğu" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov,
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin
müdiri Ceyran Xəlilova, Sabirabad RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə
işin təşkili üzrə şöbəsinin müdiri Müslüm Rzayev, YAP Sabirabad rayon təşkilatının sədri Varis
Rüstəmov, şəhid ataları Xanbala Əsgərov və Səfər Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları
İctimai Birliyi Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, Birinci Qarabağ müharibəsi qazisi
İslam Aslanov, 44 günlük Vətən müharibəsi iştirakçısı Mehralı Muradov, ictimaiyyətin və gənclərin
nümayəndələri iştirak edib.
Tədbiri giriş nitqi ilə Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə açıq elan etmiş, Ulu
Öndər Heydər Əliyevin və torpaqlarımızın erməni işğalından azad olunması uğrunda canlarından keçən
şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rəna Hacızadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyununda ölkəni
dərin iqtisadi, siyasi böhrandan, acınacaqlı vəziyyətdən xilas etmək üçün ikinci dəfə siyasi hakimiyyətə
qayıdışından, sülh və əmin-amanlığın bərpa edilməsi üçün düşmənlə atəşkəs əldə olunmasından bəhs
etmişdir. Ölkədə sabitlik bərqərar edildikdən sonra bütün sahələrdə olduğu kimi ordu quruculuğu
sahəsində də inkişafa nail olunmuş, Ulu Öndərin misilsiz xidmətləri və gərgin əməyi nəticəsində vahid
komandanlıq, nizami ordu yaradılmışdır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab
İlham Əliyevin timsalında tədbir iştirakçılarını və xalqımızı bayram münasibətilə təbrik etmişdir.
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək
bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin
müdrik və uzaqgörən rəhbərliyi ilə yüksək maddi-texniki bazaya və yüksək döyüş qabiliyyətinə malik
ordu yaradılmışdır. Qeyd olunmuşdur ki, 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu
30 ilə yaxın müddət ərzində mənfur erməni tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etmiş,
əsgər və zabitlərimiz nümayiş etdirdikləri igidlik və şücaət ilə qəhrəmanlıq dastanı yaratmışlar.
Varis Rüstəmov, Faiq Hüseynov, İslam Aslanov, Xanbala Əsgərov, Mehralı Muradov,
Məhəmməd Muradov, Səlmi Mehtiyeva çıxış edərək, Azərbaycan Silahlı Qüvvələrinin yaranma
tarixindən, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu sahəsində son illərdə əldə
olunmuş uğurlardan danışaraq qeyd etmişlər ki, ordumuz hər birimizin iftixarı, xalqımızın qürur
mənbəyidir. Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının
Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bir daha vurğulanmışdır.


01:33 22.06.2023