KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan xalçaları İsraildə nümayiş olundu

Azərbaycanda olmayan İsraillilər,Azərbaycan abi-havasını musiqilərini, mənzərələrini hətda xalçalarını belə,Turizm mərkəzində körməklə bu dövlət haqqında yüksək təəsürat əldə edə bilir.

İyulun 12-13-də Azərbaycan Turizm Bürosunun İsrail nümayəndəliyində “Azərxalça” ASC-nin xalçalarından və Azərbaycan-İsrail rəssamı Rami Meirin təsirli əsərlərindən ibarət sərgi keçirilib.
Sərgidə Azərbaycanın, xüsusən də yəhudi irsini açıq şəkildə nümayiş etdirən, yəhudi icmasının istedadını əks etdirən Quba rayonunun mədəniyyətini, adət-ənənəsini, orjinal incəsənətini görmək imkanı yaradılıb.
Sonda “Turizm” bürosunun rəhbəri Cəmilə Talıbzadə,Rami Meirə möhtəşəm əsərlərini nümayiş etdirmək və İsrail ictimaiyyəti ilə görüşmək üçün Azərbaycan Turizm ofisini seçdiyinə görə təşəkkür edib.
Eləcə Əl istehsalı Azərbaycan xalçalarını İsrailə gətirən Azərxalça, ASC- yə Əsmər Abdullayeva və Rza Həsənovun əməkdaşlığını yüksək qiymətləndirərık, təşəkkür edib.
Sonda xatirə fotoları çəkilib


19:28 14.07.2022