KANAL24.AZ
Az Iw En Ru

Göygöldə qanunsuz silah saxlayan şəxs tutuldu

Göygöl rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, RPŞ-in əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini, Kamrəddin Ələsgərovun rayonun Sərkarlı kəndindəki fərdi yaşayış evinə baxış keçirilən zaman 1 ədəd, atəşə yararlı, lüləsi və qundağı kəsilmiş, yivli “TOZ 8” markalı odlu silah aşkar edilərək götürülüb.
Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

19:13 08.07.2021
Xəbər lenti
Bütün xəbərlər