KANAL24.AZ
Az Iw En Ru

Humanitar Forumun iştirakçıları Qəbələnin gözəlliyinə heyran qalıblar

Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının bir qrupundan ibarət nümayəndə heyəti Qəbələ rayonunda səfərdə olub.

Kanal24.az xəbər verir ki, nümayəndə heyətinə Qəbələnin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və əldə edilən uğurlar barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, bu gün respublikamızın sosial-iqtisadi inkişafının bariz nümunəsini Qəbələnin timsalında aydın görmək olar. Təbiət qoynunda yerləşən, füsunkar gözəlliyi ilə seçilən bu rayon ölkəmizə istirahət üçün gələn turistlərin ən çox marağı olan bölgələrdən biridir. Burada inşa olunan müasir sənaye müəssisələri, yaradılan turizm obyektləri rayonun iqtisadi inkişafının artmasında mühüm rol oynayır. Qəbələdə bir çox beynəlxalq tədbirlərin keçirilməsi bu diyarın təbii gözəlliyini və turizm baxımından əhəmiyyətini bir daha təsdiq edir.
Sonra qonaqlar rayonun tarixi-mədəni abidələri, istehsal müəssisələri və turizm infrastrukturu ilə yaxından tanış olublar. Onlar Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində, “Beltmann” piano fabrikində, Nic qəsəbəsindəki “Cotari” Alban kilsəsində, konserv və limonad zavodlarında, “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Karvansaray”, “Qafqaz Sport” otellərində olublar.
Qonaqlar rayonda yaradılan müasir turizm infrastrukturuna, bölgənin füsunkar təbiətinə heyran qaldıqlarını bildiriblər.


05:27 06.10.2014