Pakistan Müdafiə Nazirliyinin “Üç dövlət, bir millət” paylaşımı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Nazirliyin paylaşımında Türkiyə, Azərbaycan və Pakistan arasındakı müttəfiqlik və qardaşlıq münasibətlərinə diqqət çəkilib.
Paylaşımın Dağlıq Qarabağda Ermənistanın işğalçı ordusuna qarşı hərbi əməliyyatları davam etdirən Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə edildiyi bildirilib.
Maraqlı gələn sual isə budur: Türkiyə, Azərbaycan və Pakistanın hərbi gücü nə qədərdir?
Türk mediası üç ölkənin hərbi gücünü rəqəmlərlə göstərib:
Pakistan Silahlı Qüvvələri
Ümumi canlı hərbi qüvvə sayı – 1 204 000 nəfər
Aktiv hərbi qüvvə - 654 min nəfər
Hərbi hava vasitələri - 1.372 araç
Tank – 2 200 ədəd
Zirehli texnikalar – 7 330 ədəd
Raket proyektorları – 100
Özüyeriyən silahlar - 429 ədəd
Ağır silahlar - 1.226 ədəd
Azərbaycan Silahlı Qüvvələri
Ümumi canlı qüvvə sayı - 426 min nəfər
Aktiv canlı qüvvə sayı - 126 min nəfər
Hərbi hava vasitələri - 147 ədəd
Tank - 570 ədəd
Zirehli texnikalar – 1 451 ədəd
Raket proyektorları - 162
Özüyeriyən silahlar – 187 ədəd
Ağır silahlar – 227 ədəd
Türkiyə Silahlı Qüvvələri
Ümumi canlı qüvvə sayı - 735 min nəfər
Aktiv canlı qüvvə sayı – 355 min nəfər
Hərbi hava vasitələri – 1 055 ədəd
Tank – 2 622 ədəd
Zirehli texnikalar – 8 777 ədəd
Raket proyektorları - 438 ədəd
Özüyeriyən silahlar – 1 278 ədəd
Ağır silahlar – 1 260 ədəd