KANAL24.AZ
Az Iw En Ru

DİN Gəncədə yaşanan silahlı insidentinə aydınlıq gətirib

Oktyabrın 27-də Gəncə şəhərində şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Qurbanov odlu silahdan açılmış atəşdən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

Kanal24.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin şəhər sakini, əvvəllər məhkum olunmuş Qalib Cəfərov tərəfindən törədilməsi müəyyən edilib.

Kəpəz RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.


20:51 28.10.2014