KANAL24.AZ
Az Iw En Ru

"Həftə içi" "Yaxşıların yaxşısı"nı seçdi

Mükafatlar qaliblərinə təqdim olundu

 Artıq 13 ildir "Həftə içi" qəzetinin təşkilatçılığı ilə reallaşan "Best of the Best ("Yaxşıların yaxşısı") mükafatı bu il də qaliblərinə təqdim olundu. Bu münasibətlə dünən Gənc Tamaşaçılar Teatrında mükafatların qaliblərətəqdimetmə mərasimi keçirildi.

Tədbirin aparıcılıq missiyasını isə "Lider" televiziyasının əməkdaşları Leyla Mustafayeva və Zabil Əliyev üzərinə götürmüşdü. Xatırladaq ki, müəllifi Nail Naiboğlu, prodüseri isə Pərviz Oqtayoğlu olan "Yaxşıların yaxşısı" milli mükafatı 1999-cu ildə ilk dəfə Amerikanın "Fedov" təşkilatı tərəfindən keçirilən sorğuya əsasən "Primadonna" titulu nominasiyası üzrə müğənni İlhamə Quliyevaya təqdim olunub.Mükafatın 3 ildir verilmə qaydalarında dəyişiklik olub. Mükafat ötən il ərzində Azərbaycan üçün xeyirli işlər görmüş, dəyərli layihələrə imza atmış şəxslərə təqdim olunur. Əvvəllər mükafat ancaq şou-biznes simalarına verilsə də, 3 ildir ki, qaliblərin əhatə dairəsi genişlənib və "yaxşıların yaxşısı" bütün sahələrdə uğur qazanan insanlara da şamil olunur. Bu il də mükafat müxtəlif nominasiyalarda 50 yaxın tanınmışa təqdim olundu. Seçilən qaliblər arasında iş adamları, tibb və təhsil işçiləri, şirkətlər, şou-biznes ulduzları, xalq və klassik musiqi ifaçıları, bəstəkar, şair, rəssam, stilist, modelyer, mətbuat və televiziya, millət vəkilləri, nazirlər , eləcə də digər dövlət idarə və qurumların təmsilçiləri və hətta ekstrasenslər də vardı. Tədbiri giriş sözü ilə açan "Həftə içi" qəzetinin təsisçisi və baş redaktoru, təşkilat komitəsinin sədri Sevinc Seyidova müsabiqə qaliblərini rəhbəri olduğu qəzetin əhali arasında keçirdiyi rəy sorğularına əsasən müəyyən edildiyini dedi.

O, mərasimin may ayında baş tutmasının xüsusi önəm daşıdığını vurğuladı: "Bildiyiniz kimi, may bayramlar ayıdır. Mükafatların bu ərəfədə verilməsinin qaliblərin bayram sevincinə daha bir sevinc qatacağını düşünürük.Ümid edirik ki, seçimimiz hamının ürəyincə olacaq".

"Yaxşıların yaxşısı" layihəsinin rəhbəri Nail Naiboğlu isə mükafatın tarixçəsindən danışaraq bildirdi ki, qaliblərin seçilməsi tam obyektiv şəkildə seçilib və bu seçim hamını razı salacaq.

Daha sonra "Yaxşıların yaxşısı" milli mükafatının qaliblərə verilməsinə başlanıldı. Mükafatlar müxtəlif nominasiyalar üzrə aşağıdakı qurumlara və şəxslərə təqdim olundu.

İlk olaraq mükafat "Fəxri üzv" nominasiyasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova təqdim olundu. O, qazanılan bütün uğurların kökündə sadə adamlardan məmurlaradək bütüninsanların əməyinin danılmaz olduğunu vurğuladı və bildirdi ki, "Həftə içi" qəzeti obyektiv seçim etməklə bunu bir daha sübuta yetirib: "Güman edirəm ki, gələcəkdə də qəzet seçiminə sadiq qalaraq ölkəmizin sosial, iqtisadi,siyasi və digər sahələrində uğur qazanmış şəxslərin ən layiqlilərini mükafatlandıracaq".

Ölkə başçısı İlham Əliyevin uğurlu siyasi fəaliyyəti nəticəsində bütün sahələrdə irəliləyişin olduğunu bildirən Ə.Həsənov bu inkişafın bütün sahələrə sirayət etdiyini dedi: "Ayrı-ayrı qurumların seçimi də cəmiyyət üçünfəaliyyət göstərən insanların işinə stimul verir. Bütün mükafat alanlara öz sahələrində liderlik fəaliyyətlərini davam etdirməyi tövsiyə edirəm".

Mərasimdə 2010-cu ilin "Ekologiya ili" olduğu vurğulanaraq, bu sahədə xeyli uğurlara imza atıldığı bildirildi. Dövlət qurumları sırasında dinamik inkişafına və yeniliklərinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi fərqləndi. Mükafat "Uğurlu iş fəaliyyətinə görə" nazir Hüseyn Bağırova təqdim olundu. H.Bağırov ekologiya sahəsində görülən işləri bir daha xatırladaraq, mükafatın nazirliyin bütün əməkdaşlarının əməyinə verilən qiymətolduğunu dedi.

"Mətbuatın dostu" nominasiyasında isə millət vəkili Siyavuş Novruzov mükafatlandırıldı.

Tədbirin yaddaqalan iştirakçılarından biri isə məhz "Həftə içi" qəzetinin vaxtilə "Primadonna" titulu nominasiyasında mükafatlandırdığı xalq artisti İlhamə Quliyeva oldu. Bu dəfə də mükafata layiq görülən Türk sənətdünyasının kraliçası 38 titulunun olduğunu qeyd etdi və "Yaxşıların yaxşısı"nın onun həyatında mühüm rol olduğunu dedi: "Mənim mükafatlarım mənim xalqıma, Azərbaycan mədəniyyətinə verilən dəyərdir. Mənim sənətim dəbir siyasətdir və bu siyasətlə bayrağımızı dünyada ucaldıram".

"Uğurlu iş fəaliyyətinə görə" nominasiyasında "Kaspi" Təhsil Mərkəzi də yaxşıların yaxşısı oldu. Mükafat mərkəzin direktoru Elnur Əliyevə təqdim edildi. Bu nominasiyada daha bir qalib Qeyri-Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev təltif olundu. Eyni nominasiyada digər bir qalib isə 111 saylı Zaqatala - Balakən seçki dairəsindən millət vəkili seçilmiş Kamilə Əliyeva idi. "Uğurlu iş fəaliyyətinə görə"fərqlənən daha bir sima isə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova oldu. O, may ayının bayramlar ayı olduğunu xatırlatdı və bildirdi ki, bu mükafat onun üçün daha bir bayram sevinci yaşatdı.

Milli teatr sənətindəki uğurlarına görə yaxşıların yaxşısı seçilən xalq artisti Afaq Bəşirqızı mükafatların onun məsuliyyətini daha da artırdığını dedi. Özünəməxsus tərzdə "nə qədər mükafat var, hamısını alacağam" - deyəsəhnəni alqışlarla tərk etdi.

"Azərbaycan qadını" layihəsinə görə Mahirə Əsədova, müxtəlif janrlı mahnıların "Ən yaxşı qadın ifaçısı" nominasiyasında isə əməkdar artist Mətanət İsgəndərli seçildilər.

 Azərbaycan idmanını layiqincə təmsil etdiyinə görə Elnur Məmmədli də seçilənlərdən oldu. Ekstra hissi ilə nəinki Azərbaycanda, eləcə də bir çox ölkədə məşhur olan ekstrasens Zirəddin Rzayev "İlin ekstrasensi"nominasiyasında yaxşıların yaxşısına layiq görüldü.

Azərbaycan estradasını ölkənin hüdudlarından kənarda uğurla təmsil etdiyinə görə gənc müğənni Safura Əlizadə, sonsuz ailələrə sevinc bəxş etdiyinə görə "İlin ən yaxşı klinikası" nominasiyasında "Hind klinikası"mükafatlandırıldı.

"İlin müğənnisi" kimi Nadir Qafarzadə, "İlin şair-dramaturqu" Ramiz Abdullayev, "İlin qayıdışı" nominasiyasında müğənni Elxan Şirinov, müxtəlif janrlı mahnıların ifaçısı kimi müğənni Samir Dərgah, "İlin işgüzar xanımı"Nuriyyə Əhmədova, "İlin gənc qadın ifaçısı" Günay İbrahimli, "İlin rəqqasəsi" nominasiyasında isə Göyçək Fatimə fərqləndilər. Şou-biznesin daha bir bir nümayəndəsi də seçilənlərdən oldular. Belə ki, "İlin dueti"Azərbayandan Ülvi Rəşidov, Türkiyədən Barış Kömürçüoğlu, şou-biznesdəki uğurlarına görə müğənni Murad Sadıq, "Sevgi qalarmış" layihəsinə görə Aysu Fəridqızı, həmin layihəyə görə daha bir qalib Sahib İbrahimov, "İlinkonsert layihəsi" nominasiyasında Sevda Yəhyayeva, "İlin debütü" Lamiyə Novruzova, "İlin toy müğənnisi" Əflatun Qubadov, şou-biznesdəki uğurlarına görə Elvin Ercan, eyni nominasiyada Elariz Məmmədoğlu, "İlin qadınmüğənnisi" kimi isə Roza Zərgərli yaxşıların yaxşısı oldular.

Uğurlu iş fəaliyyətinə görə, həkim-kosmetoloq Xariqə Quliyeva, "İlin stilisti" Emrah Dəstə, "İlin stilist-vizajisti" Səbinə İmanova, estetik zövqü formalaşdırdığına görə "Miss Dəfnə" gözəllik studiyası, göstərdiyi yüksəkxidmətə görə "Qızıl Buta" şadlıq sarayı seçilənlərdən oldu.

"İlin ən yaxşı keyfiyyət nişanı" nominasiyasında isə "CF Kristal" ət və ət məhsulları, inşaat və tikinti sahəsində "İlin ən yaxşı şirkəti" kimi isə "NN Group" qalib oldu.

"Həftə içi" qəzeti öz həmkarlarını da mükafatsız qoymadı. İnsanlara informasiyanın dəqiq və qərəzsiz çatdırılmasına görə "Səs" qəzeti və "Səs" İnformasiya Agentliyi qalib oldu. Bundan başqa, televiziya sahəsində uğurqazanan bir neçə aparıcı da yaxşıların yaxşısı oldu. Televiziya sahəsindəki uğurlarına görə,ATV telekanalında yayımlanan "Onlar" verilişinin aparıcısı Afaq Gəncəli, İctimai Televiziyadan Saleh Bağırov, "Space"televiziyasından İdris Cəfərov,"Lider" telekanalından "Qurman" verilişinin aparıcısı Şəmsəddin Abbasov,ANS televiziyasından "Kökaltı" verilişinin aparıcısı Aytən Səfərova mükafata layiq görüldülər. Jurnalistika sahəsindəkiuğurlarına görə isə "Trend" İnformasiya Agentliyinin əməkdaşı Şahin Cavadsoy fərqləndi.

"İlin mebel brendi" kimi isə "RİVA" Mebel Qalereyası qalib oldu. Qeyd edək ki, "RİVA" Mebel həm də tədbirin sponsorluğunu öz üzərinə götürmüşdü. Bundan başqa, tədbirə informasiya dəstəyi verənlər "Trend.az"İnformasiya Agentliyi, "İnfoline.az" xəbər portalı, "İl" jurnalı və "Lider" televiziyası oldu.

Mükafata layiq görülən hər bir qalib onlara göstərilən bu diqqətə görə təşkilatçılara minnətdarlıqlarını bildirdilər və bu cür mükafatların onların işində stimul olacağını vurğuladılar.

  

  

                                                                                                               Naibə Qurbanova


05:00 04.05.2011