KANAL24.AZ
Az Iw En Ru

"Yeni Yurd İctimai Birliyi“Azərbaycan tarixinin qanlı səhifəsi—31 mart soyqırımı ilə bağlı tədbir keçirib

«Yeni yurd ictimai birliyinin» sədri Mahirə Əsədova ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri soyqırımın tarixindən danışaraq, Azərbaycanlıların kütləvi sürətdə qırğını, represiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhfələrindən biri olduğunu vurğulamışdır.
Mahirə Əsədova birliyin bu cür tədbirlər keçirməsində əsas məqsəd milli birliyi yaratmaq və gələcəkdə bu kimi hadisələrə qarşı birləşməkdir.
Bir sıra ziyalıların və elm adamlarının iştirakı ilə keçirilən tədbirdə xalqımıza qarşı törədilən kütləvi qətillərin və soyqrım aktlarının tarixinə bir daha nəzər salınaraq, 1918-ci il martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli soyqırım aktının ermənilərin Qafqazda məskunlaşması üçün bir başlanğıc olduğunu xüsusi qeyd olunub.

«Yeni yurd ictimai birliyinin» sədri Mahirə Əsədova öz çıxışında xatırlatmışdır ki, 1917-ci ildə Rusiyada yaranmış gərgin ictimai-siyasi vəziyyət Cənubi Qafqazda da proseslərin dramatikləşməsinə rəvac verdi. Erməni millətçiləri Oktyabr çevrilişindən sonra keçmiş Çar Rusiyasına daxil olan bütün regionlarda öz hakimiyyətini bərqərar etməyə çalışan bolşeviklər ilə ittifaq yaradaraq, Azərbaycan xalqının keşməkeşli tarixində daha bir faciəli səhifə açmağa nail oldular. Erməni terrorçularından təşkil olunmuş Bakı Kommunası bütövlükdə Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədilə 1918-ci ilin mart ayının 31-də bu mənfur planlarını bolşevik bayrağı altında reallaşdıraraq, Azərbaycanın ayrı-ayrı bölgələrində kütləvi qətllər həyata keçirdilər. Həmin günlərdə erməni millətçiləri tərəfindən törədilmiş vəhşiliklər Azərbaycan xalqının yaddaşında əbədi həkk olunub. Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda törədilmiş kütləvi terror aktları nəticəsində minlərlə azərbaycanlı məhz milli mənsubiyyətinə görə öldürüldü, onlarla kənd yandırıldı, bir sıra milli-mədəni abidələr dağıdılaraq məhv edilmişdir.
«Yenu yurdi ictimai birliyi» tərəfindən 31.mart soyqırımna həsr olunmuş qısa metrajlı film də tədbir iştirakçılarına təqdim edilib.


14:05 25.10.2013