KANAL24.AZ
Az Iw En Ru

"Müharibə başlasa, qadınlar da kişilərlə bərabər müharibəyə gedəcəklər"

“Müharibə veteranı qadınlarına sosial yardım” İctimai Birliyi Qurban bayramı münasibətilə tədbir keçirib. Birliyin sədri Radə Abbasın verdiyi məlumata görə, tədbirdə Qarabağ müharibəsi veteranları və şəhid anaları ilə yanaşı millət vəkilləri, incəsənət xadimləri, tanınmış jurnalistlər də iştirak edib.

Tədbirdə çıxış edən millət vəkili Jalə Əliyeva Azərbaycan qadınlarının hünərindən, şücaətindən danışıb. O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin əmri ilə müharibə başlasa, Azərbaycan qadınları da kişilərlə bərabər müharibəyə gedib, əzəli və əbədi torpaqlarımızı geri qaytarmağa hazırdılar. 

Tədbirdə həmçinin millət vəkili Sevinc Hüseynova, Əməkdar artist Lalə Məmmədova, “Azərbaycan qadını” layihəsinin rəhbəri Mahirə Əsədova, şairə Nurəngiz Gün çıxış edib. Tədbirin sonunda Qarabağ müharibəsi veteranları və şəhid analarına qurban payı verilib.

Qeyd edək ki, tədbir millət vəkili Jalə Əliyevanın təşəbbüsü və “Azərbaycan qadını” layihəsinin rəhbəri Mahirə Əsədovanın yardımı ilə baş tutub. 



                                                                                                                      Modern.az 


04:09 09.11.2011