KANAL24.AZ
Az Iw En Ru

Turistlərin Azərbaycanda xərclədiyi məbləğ açıqlandı - RƏSMİ

Azərbaycana gələn xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə cari ilin yanvar ayında 99,798,809 manat, fevral ayında 91,128,890 manat ümumilikdə isə 190,927,699 manat məbləğində əməliyyat aparılıb.

Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə 31,565,965 manat yəni 20% daha çox vəsait xərclənmişdir.

2017-ci ildə xarici vətəndaşlar Azərbaycanda bank kartları vasitəsilə 1,022,036,752 manat məbləğində vəsait xərcləmişdir.

Azərbaycan vətəndaşları tərəfindən isə xaricdə 2 ay ərzində 179,521,339 manat məbləğində əməliyyat aparılıb. Xarici vətəndaşların Azərbaycanda xərclədikləri vəsaitin həcmi, Azərbaycan vətəndaşlarının xarici ölkələrdə xərclədikləri vəsaitdən 11,406,360 manat daha çoxdur.


17:59 10.04.2018