KANAL24.AZ
Az Iw En Ru

“Bayrağa qurban” adlı ədəbi - bədii gecə keçrildi- FOTO

Sentyabrın 17-də Gəncliyə Yardım Fondunda “Xocalı Soyqırımını Tanıtma” və"Yeni Yurd" Sosial İnkişaf ictimai birliklərinin birgə təşkilatçılığı ilə “Bayrağa qurban” adlı ədəbi-bədii gecə keçrildi.
Bakının erməni-bolşevik işğalından azad olunmasının 96-cı ildönümünə həsr olunan tədbirdə Azərbaycanın bir çox tanınmış ziyalıları, o cümlədən, Türkiyədən gələn hörmətli qonaqlar iştirak edib. Öncə Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasıının müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın əziz xatirələri, 1 dəq.sükutla yad edildi. “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, “Ana harayı” qəzetinin baş redaktoru, “Tərəqqi” medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu Bakının erməni işğalından azad edilməsində “Qafqaz İslam Ordusu”nun müstəsna xidmətlərini qeyd etdi və o zaman şəhid olan Türkiyəli könüllülərin Azərbaycan xalqı tərəfindən daim yad olunduğunu vurğuladı. "Yeni Yurd"Sosial İnkişaf ictimai birliyinin sədri Hacı xanım Mahirə Əsədovaçıxış edərək, Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Türkiyədən gələn qonaqlara, təşkilatçılar adından minnətdarlığını bildirdi. O, "Yeni Yurd"Sosial İnkişaf ictimai birliyinin maliyyə dəstəyi ilə Çanaqqala zəfəri vəBakının işğaldan azad olunmasının 96-cı ildönümünə həsr olunan sənədli filmin hazırlandığını və iki gün öncə təqdimatının yüksək səviyyədə keçrildiyini qeyd etdi. “Türkiyə Uluslararası Azərbaycan Mədəniyyət Dil, Tarix, Kültür Araşdırma Mərkəzi”nin rəhbəri Seyfettin Ayakyay, iki qardaş ölkənin daim birgə olacağını, işğal olunan torpaqların azad edilməsi üçün bundan sonra da əllərindən gələni edəcəklərini bildirdi. O, qeyd etdi ki, Azərbaycanın Dövlət Başçısı Cənab İlham Əliyevin ordu quruculuğuna verdiyi töhfə sayəsində, Silahlı Qüvvələrimizin büdcəsi, Ermənistanın dövlət büdcəsindən ən azı üç dəfə çoxdur. “Firat” Universitetinin tarix müəllimi Süleyman Kan Yalçın, “Gəncliyə Yardım Fondu”nun vitse-prezidenti Salman Əliyev, “Erməni Təcavüzünün Tanıdılması” ictimai birliyin sədri, “Tərəqqi” medalının mükafatçısı Səriyyə Müslümqızı, “Ana harayı” qəzetinin baş redaktor müavini, şair Vaqif Nəcəfzadə,“Elm, Təhsil, Mədəniyyət” qəzetinin baş redaktoru Müşfiq Borçalı, şairə Raifə Sərxanqızı və başqaları çıxış edərək, tədbirin mühim əhəmiyyət kəsb etdiyini bildirdilər.
"Yeni Yurd"Sosial İnkişaf ictimai birliyinin sədri M.Əsədova bu təşkilatın maliyyə dəstəyilə çap olunan “Faciələrimizin təqvim izləri” adlı kitabı Türkiyəli qonaq S. Ayakyaya təqdim etdi. Tədbirin sonunda“Xırdalan Mədəniyyət Mərkəzi”nin nəzdində fəaliyyət göstərən ansamblın üzvləri- Ramin İsgəndərov, Niyaməddin Allahverdiyev, Asif Məmmədli, Atlas Mehdiyeva, Mətin Əsgərli, Elbəy Etibarlı və Şirxan Əmiraslanov rəngarəng çıxışları ilə tamaşaçıları sevindirdilər. “Bakı Sənaye-Pedaqoji Kolleci”nin I kurs tələbəsi Səadət Abdullayeva, “Bakı Humanitar Kolleci”nin məzunu Sevinc Mustafayeva və Bakıdakı 37 saylı məktəbin 6-cı sinif şagirdi Kamran Sadıqov şeir parçaları söylədilər.
 
 
 
Əsgərlərlə görüş, uzun müddət yaddaşlardan silinməyəcək!

Azərbaycan Respublikası “Yeni Yurd” Sosial-inkişaf ictimai birliyinin dəvətilə ölkəmizdə səfərdə olan Türkiyənin tanınmış ziyalıları və bu təşkilatın fəalları cəbhə bölgəsindəki “N” saylı hərbi hissənin şəxsi heyəti ilə görüşdülər. Tədbiri birliyin icraçı direktoru, “Tərəqqi” medalının mükafatçısı Şamil Sabiroğlu açdı. O, “Yeni Yurd” Sosial-inkişaf ictimai birliyinin qısa müddətdə gördüyü işlər haqqında məlumat verdi. Daha sonra, o,sözü Birliyin sədri Hacı xanım Mahirə Əsədovaya verdi.Mahirə xanım, hərbi hissənin şəxsi heyətini salamladı. Ön xətdə xidmət edən ərənlərlə görüşə rəsmi icazə verdiyi üçün Müdafiə Naziri Cənab Zakir Həsənova və Nazirliyin bütün əməkdaşlarına öz təşəkkürünü bildirdi. “Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası”nın xarici əlaqələr komitəsinin sədri (TADDEF), “Azərbaycan Dil, Tarix, Mədəniyyət, Kültür Araşdırma Mərkəzi”nin rəhbəri, əslən Qərbi Azərbaycanlı olan Seyfettin Ayakyay, zabit və əsgərlər qarşısında yaddaşlardan uzun müddət silinməyəcək alovlu nitq söylədi. O, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün xalqımıza hər cür yardım etməyə hazır olduqlarını bildirdi. Türkiyə və Azərbaycanın Dövlət Bayraqlarını öpən, ölkəmizin bayrağı önündə diz çökərək, göz yaşları tökən Seyfettin bəy hamını heyrətə gətirdi. TADDEF-in fəal üzvü, tarixçi-alim İsmet Demir, dr. Bedri Bilge də hiss və həyacanlarını tədbir iştirakçıları ilə bölüşdülər. Azərbaycanın Milli Qəhrəmanı, Şəhid Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, ikinci dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov, həmin Fondun sədr müavini Elşad Əliyev, tarixçi-alim, şair Nazim Tapdıqoğlu, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşı Zərnişan xanım İnqilab qızı,“Yeni Yurd” ictimai birliyinin sədr müavini Natiq Qasımov və başqaları çıxış edərək Azərbaycan Ordusunun gündən-günə güclənməsini, düşmən tapdağında olan torpaqlarımızın tezliklə azad olunmasını arzu etdilər. Ağdam rayonunda fəaliyyət göstərən “Şur” ansamblının üzvləri maraqlı konsert proqramı ilə çıxış etdilər. “Yeni Yurd” Sosial-inkişaf ictimai birliyinin sədri M.Əsədovanın adından əsgərlərə hədiyyələr təqdim olundu. 
Hərbi hissənin zabiti E.Əhmədov, şəxsi heyət adından qonaqlara öz təşəkkürünü bildirdi. Qeyd etdi ki, 1992-ci ildən bəri ilk dəfədir ki, xidmət etdiyi hərbi hissədə Türkiyədən gələn hörmətli ziyalılarla qarşılaşır. Qonaqların adından yenidən söz alan S. Ayakyay, qiymətli hədiyyələri hərbi hissənin zabiti, şərəfli döyüş yolu keçmiş E.Əhmədov və tədbirin aparıcısı, müharibə veteranı Ş.Sabiroğluna təqdim etdi.

 


03:43 20.09.2014