Bir neçə dəfə tədbirlərdə görüşmüşdüm bu xanımla. Əzmkar və ışgüzar təəssüratı bağışlayır adama. Lap elə ilk baxışdan. Təşkil etdiyi bütün tədbirlərdə əsas mövzu həmişə vətənpərvərlik, xüsusən də hərbi-vətənpərvərlik ruhu aparıcı mövzu olub. Rəhbəri olduğu təşkilatın fəaliyyəti və iş prinsipi ilə tanış olmaq marağım bu xanımla bir neçə cümlə danışmağa səbəb oldu.
Əsədova Mahirə Zahid qızı -“Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədridir. Xeyirxah iş adamı olmaqla yanaşı dövlətçilik üçün, cəmiyyətin maaariflənməsi üçün ən yaxşı tədbirlərin hazırlanmasında müsbət imic qazanmış ziyalı bir xanımdır. 10 ilə yaxındır ki, adıçəkilən təşkilatın rəhbəridir. Bu müddət ərzində təşkilat bir neçə layihələr həyata keçirməklə yanaşı, bir sıra xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olub.
- Mahirə xanım, təşkilatınız hansı zərurətdən yarandı?
- Qeyd edim ki, təşkilatımız 10 ilə yaxındır ki, fəaliyyət göstərir. Bütün işlərimiz ilk vaxtlar “Azərbaycan qadını” adı altında həyata keçirilirdi. Bu da ulu öndərimiz Heydər Əliyevin Azərbaycan qadınına olan inam, etibar və dəstəyindən irəli gəlirdi. Məhz bu istəklə əlaqədar bir neçə tədbir həyata keçirdik ki, bunlardan da ən birincisi “Azərbaycan Qadını” mahnısına çəkdirdiyimiz klip oldu. Təqdimatı Bakı Əyləncə Mərkəzində olan klipin ifaçısı da müğənni Elnur Məmmədli oldu. Doğrusunu deyim, təqdimat çox gözəl alındı. Təqdimatda iştirak edən millət vəkilləri, siyasətçilər, bir sözlə tanınmış ziyalılar bizə təşəkkür etdilər. Hətta media nümayəndələri də bu tədbiri müsbət qiymətləndirdilər.
Onu da qeyd edim ki, bu mahnıdan öncə “Azərbaycan qadını” adlı kitab işıq üzü görmüşdü. Yuxarıda qeyd edtiyim kimi bu istək də umummmilli öndərimiz Heydər Əliyevin Azərbaycan qadınına olan sevgisindən, qaygisindan irəli gəlirdi. Kitab işıq üzü görəndən sonra qərara aldıq ki, kitabda dərc olunan şerlərdən birinə mahnı bəstələnsin və ona klip çəkilsin. Şükür Allaha planımız uğurlu alındə və auditoriya tərəfindən müsbət qarşılandı.
- Sizin tədbirlərdə filmlərləd də bağlı təqdimat mərasimləri olub...
- Doğrudur, bizim hazırladığımız tədbirlər bir-birindən fərqlidir. Həm mövzusuna, həm də rəngarəngliyinə görə. Bunu təqdimat məraimlərindən də aydin görmək olar. Amma istənilən tədbirin adindan və mövzusundan asılı olmayaraq istək və arzularımız dvlətçiliyimizin möhkəmlənməsinə, insanlarımızın maariflənməsinə xidmətdir. Məsələn , Azərbaycan qadınına həsr olunmuş daha başqa bir layihə həyata keçirmişik. Bu isə “Qadın-Gender” siyasəti haqqında çəkdiyimiz bir film “Zərifliyin keşiyində - Böyük-Dayaq filmi” oldu.
Bu filmdə əsas ana xətt Heydər Əliyevin Azərbaycan qadınına göstərdiyi hörmət, bəslədiyi məhəbbət, inam, etibar öz əksini tapıb. Mərhum prezidentimiz həmişə Azərbaycan qadınına güvənir və onların gücünə inanırdı. Məhz bu istəkdən irəli gələn o idi ki, Heydər Əliyev bütün sahələrdə, hətta idarəetmə orqanlarında qadınlara xüsusi önəm verirdi, yer verirdi.
Bundan başqa “Mən azərbaycanlıyam” adlı başqa bir tədbir keçirmişik. Bu tədbir də Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm ki, azərbaycanliyam və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamıyla bağlı oldu.
- Müharibə şəraitində yaşayan bir ölkədə bu cür təşkilatların nə kimi rolu var?
- Düzdür, biz müharibə şəraitində yaşayırıq. Amma bu da məlumdur ki, biz təkcə ermənilərlə yox, bəzi superdövlətlərin Azərbaycana qarşı xain əməllərinə, anormal və həm də ikili siyasətinə qarşı mübarizə aparırıq. Hələ üstəlik daxili düşmənlərimizi də bura əlavə etsək, onda görərik ki, millətin maariflənməsinə, xüsusən də mhərbi-vətənpərvərlik ruhunun daha çox təbliğ olunmasına daha çox ehtiyac var. Məhz bir devizimiz də gənclərdə hərbi-vətənpərvərlik ruhunun daha güclü təbliğ olunmasıdır. Bir sözlə təşkilatımız dövələtə və dövlətçiliyimizə xidmət edir.
- Türkiyə ilə bağlı tədbirləriniz haqqında da ara-sıra informasiyalar gedir. Təşkilatımız Türkiyənin Ankara vilayətində 2013-cü ildə Heydər Əliyevin anım gününün 10 illik yubileyini keçirdi. Həmin tədbirdə Türkiyənin millət vəkilləri, tanınmış ziyalıları, bir sözlə ən aparıcı isimləri də iştirak etdilər. Məncə hər bir vətəndaş üçün ən maraqlı an ölkəsi haqqında, prezidenti haqqında xoş sözlər eşitməkdir. Məhz həmin tədbirdə çıxış edən Türkiyənin aparıcı adamları da ölkəmiz haqqında, dövlət başçısı haqqında, xüsusən də ulu öndərimiz Heydər Əliyev haqqında ürəkdolusu xoş sözlər danışdılar.
- Səhv etmirəmsə, bu yaxınlarda “Canaqqala” filmi haqqında da təqdimat mərasiminiz olmalıdır. Məhz bu filmi çəkmək ideyası haradan qaynaqlandı?
- Bilirsiniz, Çanaqqala döyüşləri zamanı biz Rusiyanın müstəmləkəsi altında yaşayan bir dövlət olmuşuq. Amma buna baxmayaraq, o döyüşlərde bizim 3000 əsgərimiz həlak olub.
Atatürk Çanaqqala savaşında həlak olan azərbaycanlı əsgərlərin analarına müraciət edərək belə söyləmişdi; ”Siz merak etmeyin, sizin mehmetciklər bizim askerlerle bir yerdə, bir mezarlıkta huzur içerisinde uyuyorlar...”
Çanaqqala filmi Şabran rayonunun Dağbilici kəndində çəkilib. Təsəvvür edin ki, biz həmin filmdə 1915-ci ilin ab-havasını yaratmışıq. Filmin çəkilişi zamanı tarixlə bağlı bir az çətinliyimiz oldu. Köhnə evlər, məhəllələr, küçələr axtarıb tapdıq. Bu da çox əziyyətli bir iş idi. Amma bütün bunlara rəğmən film sanballı alındı. İnşallah “Çanaqqala” filminin bu yaxınlarda təqdimatı olacaq.
Çanaqqala savaşında Azərbaycan Türkiyəyə böyük dəstək olub. Baxın, təkcə həmin savaşda 3000 azərbaycanlı əsgər şəhid olub. Əslində o əsgərlər Türkiyəni canıyla, qanıyla seviblər. O sevgini sübutu 3 000 əsgərimizin şəhidlik zirvəsindən boylanan baxıları deyir. O sevgini bu gün də davam edən Azərbaycan –Türkiyə qardaşlığı deyir. O sevgini bu günün özündə dünya tribunalarında bir-birinə dəstək verən Azərbaycan-Türkiyə siyasəti deyir.
“Çanaqqala” filmində əsas mövzu Türkiyəni sevən və onun müstəqilliyi ugrunda döyüşə yollanan minlərlə azərbaycanlıdan söhbət gedir. Bu filmin, bu savaşın mahiyyəti bizim üçün çox önəmliidir. Türkiyəni sevən könüllülərdən başqa Azərbaycanlı anaların ev əşyalarını, qızıllarını satıb qardaş ölkəyə göndərmələri bir millət, iki dövlət devizindən başqa həm də ilahi sevginin bariz nümunəsidir.
- Gələcəkdə yeni ideyalarınız olacaqmı?
- Əsas ideyamız cəbhə bölgələrinə səfərlər təşkil etmək, daimi əsgər və zabitlərimizin yanında olmaq, onların qarşısında hərbi-vətənpərvərlik mövzusunda çıxışlar etməkdir. Heç vaxt unutmaq lazım deyil ki, muharibə şəraitində yaşayırıq. Bizim güclü orduya, ordunun isə güclü sözə ehtiyacı var.