Türkiyənin Ankara şəhərində Heydər Əliyevin anım günü ilə əlaqədar “Uluslararası Turk Dünyası Liderinin anma töreni keçirilib”.
Azərbaycanın ziyalı və yaradıcı xanımı, “Qadın lahiyyəsinin” rəhbəri Mahirə Əsədova Türkiyənin Ankara şəhərində xalqımızın unudulmaz lideri, dahi şəxsiyyət, əvəz olunmaz siyasətçi Heydər Əliyevin 10-cu il dönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Ümumilli liderin Türkiyədə keçirilən anım günü Azərbaycanın Dövlət himni ilə başlayıb. Xalqımızın ulu öndəri Heydər Əliyevin Akara şəhərində keçirilən anma törenində Azərbaycandan gedən qonaqlarla yanaşı, AzərbaycanınTürkiyə səfirliyinin numayəndələri, Türk millət vəkilləri, digər dövlət nümayyəndələri və türk mediasıda iştirak ediblər.
Başkent Uluslararası Barış Kardeşlik Platformunda keçirilən anım mərasimində ideya müəllifi Mahirə Əsədova, qurluşçu rejisoru İlhamə Novruzova tərəfindən çəkilmiş “Mən Azərbaycanlıyam” adlı sənədli film nümayiş edilmiş və Heydər Əliyevin keçdiyi ömür yolu, Azərbaycan dövlətçiliyinə əvəz olunmaz xidmətlərindən və verdiyi töhvələrindən danişilmişdir.
Azərbaycnın tanınmış ziyalı xanımı Mahirə Əsədova çıxış edərək bildirmişdir ki, Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 10 il keçir. Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev sağlığında hər iki dövlət arasında gedənTürkiyə və Azərbaycan dostluguna böyük önəm vermiş və “bir millət, iki dövlət” olduğumuzu dilə gətirməklə gələcəkdə də qardaşlıq prinsipinin uca tutulmasına zəmin yaratmışdır.
Hətta,Mahirə Əsədova Türkiyənin tanınmış dövlət xadimi Bülənt Ecevitdən də start gətirmişdir.M.Əsədova bildirmişdir ki, Bülenrt Ecevit siyasət nəhəngi Heydər Əliyevin yalnız Azərbaycan xalqı deyil, bütün türk dünyası qarşısında xidmətlərini qiymətləndirərkən böyük fəxrlə demişdir: “Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir”.
Azərbaycanda Qadın lahiyyəsinin rəhbəri, ziyalı xanım Mahirə Əsədova “Başkent Uluslararası Barışıq Kardeşlik Platformunun” Genel Başkanı Dr. Mustafa Kurta ulu öndər Heydər Əliyevin möhtəşəm portretini təqdim etmişdir. Genel Başkanı Dr. Mustafa Kurt Mahirə Əsədovaya türk xalqının unudulmaz lideri olan Heydər Əliyevin portretini təqdim etdiyinə görə ona öz saydlarını bildirmişdir. Və qarşılıqlı münasibət göstərərk Genel Başkanı Dr. Mustafa Kurt Azərbaycanın ziyalı və yaradcı xanımı Mahirə Əsədovaya Başkent Platformu olaraq, “İNSANI YAŞAT Kİ, DEVLET YAŞASIN”, mükafati təqdim etmişdir. - See more at: http://azerinews.tv/index.php?newsid=4899#sthash.R0S9IKN9.dpuf