Mahirə Əsədova: Vətənpərvər olmaq üçün hər bir vətəndaş öz vəzifə borcunu layiqincə yerinə yetirməlidir.
Bu müstəvidə ən böyük etalon, ən yaxşı nümunə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevdir. Azərbaycanlı olduğuna görə fəxr edən, qürur duyan Heydər Əliyev.
Onun mobil telefonunda şəhid Milli Qəhrəman Mübariz İbrahimovun şəkli var, amma öz oğlunun rəsmini ora qoymayıb. Söhbət «Azərbaycan qadını» layihəsinin rəhbəri, ziyalı xanım Mahirə Əsədovadan gedir. Mahirə xanımın fikrincə, vətənpərvər olmaq üçün hər bir vətəndaş öz vəzifə borcunu layiqincə yerinə yetirməlidir. Bu müstəvidə ən böyük etalon, ən yaxşı nümunə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevdir. Azərbaycanlı olduğuna görə fəxr edən, qürur duyan Heydər Əliyev.
Mahirə Əsədova bir çox gözəl tşəbbüslərin ideya müəllifidir. Ulu öndər Heydər Əliyevə həsr edilmiş «Böyük dayaq: zərifliyin keşiyində» - filminin ideyası da ona mənsubdur. Dekabr ayının birinci yarısında bu film Ulu öndərin vəfatının 10-cu ildönümü ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində dəfələrlə nümayiş olunub. Bundan başqa, ideya müəllifi Mahirə Əsədova, quruluşçu rejissoru İlhamə Novruzova tərəfindən çəkilmiş «Mən Azərbaycanlıyam» sənədli filmi də Ümummilli liderimizin keçdiyi ömür yolu, Azərbaycan dövlətçiliyinə əvəzolunmaz xidmətlərindən və verdiyi töhfələrdən bəhs edən ən mötəbər məlumat mənbəyi hesab olunur.
Mahirə Əsədova bildirir ki,«Azərbaycan qadını» layihəsi olaraq ilk gördülən işlərimiz “Azərbaycan qadını” adlı praşura-kitab nəşr olunub. Həmin praşurada XIX-XXI əsrlərdə tarixdə dərin izlər salmış Azərbaycan ziyalı qadınlarının adları yer almışdır. Həmin yaradıcı və ziyalı qadınların adlarını isə məhz Ulu öndər Heydər Əliyev öz məruzəsi zamanı xüsusi ilə qeyd edib.
Layihənin rəhbəri M.Əsədova onuda bildirdi ki,Heydər Əliyev həmin məruzəsində təvəzükarlıq edərək, xanımı, tanınmış avtomolaq Zərifə Əliyevanın və Şərqşünas alim Aida İmamquliyevanın adlarını çəkməyib. Mən isə Azərbaycanın hər iki tanınmış qadınlarının adlarını çəkməyi özüm borc sayıram.
Yeri gəlmişkən onu da qeyd etməyə dəyər ki, “Azərbaycan qadını” layihəsi olaraq “Bakı Əyləncə” mərkəzində Azərbaycanın tanınmış ziyalı qadınlarının portretlərini sərgiləyən tədbir keçirilib. Və həmin sərgidə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xalça üzərində əks olunmuş portreti də yer almışdır.
«Azərbaycan qadını» layihəsi çərçivəsində bir vaxt təqdim olunan və ictimai müzakirələrdə bəyənilən Şərqşünas alim Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş «Biz Şərqdənik» adlı qısametrajlı filmi də Mahirə Əsədovanın preativ təfəkkürünün məhsulu olaraq ortaya çıxmış və Azərbaycan qadınının hünərini tərənnüm etmişdir.
Mahirə xanımın fəaliyyəti geniş ictimaiyyətin, eləcə də ölkənin aparıcı KİV-in diqqət mərkəzindədir. «Azərbaycan qadını» layihəsinə görə o «Best of the Best» («Yaxşıların yaxşısı») milli mükafatını qazanmışdır.
Rəna Nur