KANAL24.AZ
Az Iw En Ru

Xoşqədəm Hidayətqızı Doğuşla evləndi - NİKAHDAN FOTOLAR

Kanal24.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Xoşqədəm Hidayətqızı ilə müğənni Doğuş arasında sevgi hekayəsi hələ bir neçə ay əvvəldən başlayıbmış. Cütlük bu ilin yay aylarından bəri birlikdəymiş. Sadəcə bu münasibət ciddi müstəviyə keçmədiyi üçün Xoşqədəm xanım Doğuşla sevgisini ictimaiyyətə açıqlamırmış. Hətta Doğuşun Xoşqədəm Hidayətqızını evliliyə razı salmaq üçün dəfələrlə Bakıya ayaq döydüyü bildirilir. Və nəhayət cütlük ötən gün rəsmi nikahla ailə qurub. Nikah mərasimi İstanbulda cütlüyün yaxın dostlarının iştirak ilə keçirilib. 

**

Aparıcı Xoşqədəm Hidayətqızının gəlinlikdə fotoları yayılıb.

 

Fotoları türkiyəli müğənni Doğuş paylaşıb. Fotolardan göründüyü kimi, Doğuş bəy, Xoşqədəm Hidayətqızı isə gəlinlik libasındadır. (qafqazinfo)

 

Onu da bildirək ki, Türkiyənin “Uçankuş” saytının yaydığı məlumatda müğənni Doğuşun Xoşqədəm Hidayətqızı ilə evləndiyini və çox xoşbəxt olduğunu yazıb. 

 


07:04 24.10.2014