Türkiyənin Sakarya əyalətində maraqlı hadisə baş verib.
Sakaryanın Xəndək kəndinin sakinləri meşəyə göbələk yığmağa gediblər. Ancaq onlar gözlənilməz sürprizlə qarşılaşıblar.
Belə ki, kəndlilər göbələk yığarkən yerə tökülmüş 1 lirəlik qəpiklərlə rastlaşıblar. Qəpikləri vedrələrə dolduran kəndlilər əmanəti polisə təhvil veriblər.
Kim və ya kimlər tərəfindən atıldığı bilinməyən pulların saxta olub-olmadığı yoxlanılır.