KANAL24.AZ
Az Iw En Ru

Yaxşı gecə yuxusunun FAYDALARI

Yetərli yuxu sağlam həyat tərzinin açarıdır. Ürək, çəki, zehnə və bir çox şeyə yararlıdır.

Ancaq müxtəlif səbəblərdən gecə yata bilməyən insanlar var. Bəs bunun nə qədər zərərli olduğunu bilirsinizmi?

Ailem.az yaxşı gecə yuxusunun faydalarını sadalayır.

 

Hafizəni inkişaf elətdirir

 

Beyniniz siz yatarkən məşğul olur. Oyanıqkən öyrəndiyiniz şeyləri təkrar edər. Bu proses “Konsilidasiya” olaraq adlanır. Yəni əgər bir şeyi öyrənməyə çox çalışarsanız, yatıb durduqdan sonra daha yaxşı bir performans göstərmiş olacaqsız.

 

Daha yaxşı yatsanız, daha yaxşı yaşayarsız

 

Yuxu həyat keyfiyyətinə təsir edər. Bir çox şey yuxumuzdan təsirlənir. Buna görə də keyfiyyətli gecə yuxusu keyfiyyətli bir həyat deməkdir.

 

Şişi azaldır

 

Şiş ürək xəstəlikləri, infarkt, şəkər xəstəliyi, oynaq xəstəlikləri və erkən yaşlanmayla bağlıdır. Araşdırmalara görə, gecə az yatan insanların qanında inflamasiya hüceyrələrin səviyyəsi daha çoxdur. Bir digər araşdırma zamanı isə infarkt riski olan, gecə 6 saat, ya az yatan insanlarda c reaktiv protein olduğu müəyyənləşib.

 

Yaradıcılığınızı artırır

 

Gözəl bir tablo çəkmədən əvvəl yatmaq işinizə yarayacaq. Çünki yuxu hafizəni inkişaf elətdirər və daha ətraflı düşünmənizə, bəlkə də yuxuda ağlınızda yeni bir tablo yaranmasına kömək edər. 


05:39 24.10.2014