KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir.

Kanal24.az xəbər verir ki, bu sözləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Rusiyanın Sankt-Peterburq şəhərində MDB parlamentlərarası gənclərinin birinci forumunda çıxış edərkən deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycanda gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının təşkili, problemlərinin həlli, hüquqlarının qorunması, ölkənin ictimai-siyasi və mədəni həyatında iştirakı məsələlərinə önəm verilir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir, sosial, humanitar, iqtisadi və siyasi tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilib. Azərbaycanda ölkə əhalisinin əksəriyyəti gənclərdir. Məhz buna görə də gənclərin problemlərinin həlli dövlət siyasətinin prioritetlərindəndir.
S.Fətəliyeva ölkəmizdə qəbul olunmuş “Gənclər siyasəti haqqında” Qanundan da danışaraq bildirib ki, bu Qanunun məqsədi Azərbaycanın mənafeyi naminə gənclərin potensialından daha dolğun istifadə edilməsi üçün sosial-iqtisadi, siyasi-hüquqi, təşkilati şərait və təminatlar yaratmaqdır. O, həmçinin Azərbaycanda gənclərin inkişafına yönəlmiş müxtəlif Dövlət proqramlarından da söhbət açıb.


06:57 24.10.2014