KANAL24.AZ
Az Iw En Ru

Çəkdiyi “selfie” başına bəla oldu - Foto

Bu yaxınlarda müqəddəs Məkkə şəhərində ümumi dəyəri təqribən 400 min dollar olan pul oğurlanıb. Hər şey ayın sonunda hesablama işlərinin aparıldığı zaman bəlli olub. Məlum olub ki, yerli valyuta ilə bir milyon 600 min riyal əksikdir.

Az sonra paytaxt ər-Riyad sakinlərindən biri arxasında çoxlu pul olan bir "selfie" çəkərək, "instagram"da yerləşdirir. Daha sonra şəkil "twitter" və qəzetlərdə əks etdirilir. "Selfie" çəkənin izinə düşən polis məlum edir ki, öz pulunu sosial şəbəkələrdə nümayiş etdirən oğru Məkkədəki bankda inkasator işləyən işçilərdən biridir.

Polisin apardığı intensiv sorğudan sonra saxlanılan şəxslər cinayətlərini boynuna alıblar.

Səudiyyə Ərəbistanında saxlanılan gənc ən axmaq "selfie" çəkən və ən axmaq oğru kimi tanınmağa başlayıb.


21:37 23.10.2014