KANAL24.AZ
Az Iw En Ru

Ölümündən xəbərdar olan insan

Əbdulsaleh Hacı Yəhya Müstafa nəql edir ki, İsfahanın tanınmış zadəganlarından olan Seyyid Muhəmməd Səhaf, mərhum Seyyid Zeynəlabidin İsfahaniyə böyük məhəbbət bəsləyirdi. Alimin vəfatından bir il keçəndən sonra cümə gecəsi onu yuxuda görür. Görür ki, alim geniş bir qəsrdədir ki, orada bahalı xalçalar, müxtəlif rənglərdə güllər, yeyəcəklər və içəcəklər mövcuddur. Başa düşür ki, bura bərzəx aləmidir və arzu edir ki, o da həmin yerdə sakin olsun.

Seyyidə deyir: "Siz bu cür məqamda rahatlıq və sevinc içərisindəsiniz. Biz isə dünyada minlərlə narahatlıqlara giriftarıq. Yaxşı olar ki, mənə də burada yer verəsiniz".
Seyyid deyir: "Əgər bizimlə burada olmaq istəyirsənsə, gələn cümə səni gözləyəcəyəm".
 
Yuxudan ayılır və yəqin edir ki, bir həftə ömrü qalmışdır. Ona görə də işlərini islah etməklə məşğul olur. Borclarını qaytarır, vəsiyyətini edir. Qohumları soruşur ki, bu nə haldır, düşmüsən? Deyir ki, uzun səfərə hazırlaşıram.
 
Cümə axşamı günü ev əhlini yuxusundan agah edir və deyir ki, onun son gecəsidir. Ona deyirlər ki, axı sən sağlamsan və heç nəyin yoxdur.
Cavab verir ki, bu qəti bir xəbərdir və mən gedəsiyəm.
 
Gecəni yatmaq üçün uzanır və tövbə, dua, münacatla məşğul olur. Ev əhlinə deyir ki, istirahət etsinlər.
Elə ki, fəcr zamanı gəlib çatır, görürlər ki, üzü qibləyə uzanıb dünyadan gedibdir".


11:53 03.11.2017