Ölkənin qalmaqallı verilişlərindən olan "Maşın Şou"da təsirli anlar yaşanıb.
Kanal24 xəbər verir ki, şounun ötəngünkü final buraxılışında indiyə qədər keçirilən 15 oyun zamanı ən çox yadda qalan kadrlar nümayiş etdirilib və qaliblərə mükafat verilib. Yadda qalan kadrlar arasında Hüseyn Dəryanın görüntüləri də yayımlanıb. Kadrlar monitorda göstərilən zaman zalda kövrək anlar yaşanıb. Hər kəs təsirlənib. Videodan ən çox təsirlənən isə Hüseyn Dəryanın oğlu Cahangir olub.
O, göz yaşlarını saxlaya bilməyib. Aparıcı Murad Dadaşov onu səhnəyə çıxarıb, hədiyyə verib və dəstək olub.
"Xoşbəxt ol, var ol və bil ki, atanın dostları həmişə yanındadır".
Qeyd edək ki, Maşının 15-ci sürətinin qalibi Talıb Taleh olub.
Emin
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: