Kanal24.az xəbər verir ki, qadınlar arasında üç metr hündürlüyündə tramplindən suya tullanma yarışında qızıl medalı Böyük Britaniya atleti Katerin Torrans (448.25) qazanıb.
Gümüş medalı rusiyalı idmançı Yekaterina Nekrasova (443.05), bürünc medalı isə almaniyalı Saskia Oettinghaus (418.35) əldə ediblər.