KANAL24.AZ
Az Iw En Ru

Yararsız məhsullar məhv edilib

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi monitorinqlər zamanı Bakının Abşeron, Nizami, Suraxanı rayonlarında, eləcə də Şirvan, Xaçmaz, Quba, Lənkəran, Qəbələ, Zaqatalada mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Nazirliyin mətbuat xidmətindən Kanal24.az-a bildiriblər ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.


18:34 18.10.2014