KANAL24.AZ
Az Iw En Ru

"Leo Burnett Eastern Europe"-in Azərbaycanda nümayəndəliyi fəaliyyətə başladı

“Leo Burnett Eastern Europe” Azərbaycanda öz nümayəndəliyi - “Trade Mark Leo Burnett”-in fəaliyyətə başlaması barədə rəsmi məlumat verib.

Vladimir Tkaçev (Chairman & CEO Leo Burnett Eastern Europe) bildirib: “Azərbaycan – sürətlə inkişaf edən bazardır və bizim üçün belə bazarlar çox maraqlıdır. Biz bu barədə bir neçə ildir ki, maraqlanırıq və mümkün partnyorlarla danışıqlar aparırıq. Və hiss edirik ki, artıq əsl vaxtıdır. Bir tərəfdən, daxili bazar artıq ciddi beynəlxalq səviyyəyə çıxmağa hazırdır, digər tərəfdən isə Azərbaycanda yalnız daxili bazar deyil, xarici bazarlara çıxmaq istəyən brendlər var. Biz onlara hər iki istiqamətdə kömək etməyə hazırıq”.

Yeni şöbə yerli bazarda uğurla fəaliyyət göstərən “Trade Mark” agentliyinin komandası ilə çalışacaq.

“Leo Burnett Worldwide” – dünyanın ən böyük reklam agentlikləri şəbəkəsindən biridir. Dünya üzrə 85 ofisi və 8 mindən çox işçisi var. Fransanın “Publicis Groupe” reklam-kommunikasiya holdinqinin tərkibinə daxildir. Reklam agentliyi şəbəkəsi, “Coca-Cola”, “Fiat”, “Kellogg’s”, “Kraft”, “McDonald’s”, “Nintendo”, “P&G”, “Samsung” və digər dünya şöhrətli brendlərlə çalışır. Son altı il ərzində International ANDY Awards, ADC Awards, MENA Cristal Festival və Cannes Health Lions beynəlxalq festivallarında “İlin şəbəkəsi” seçilib.


18:21 22.04.2015