KANAL24.AZ
Az Iw En Ru

XXIII Azərbaycan kubokunun püşkatma mərasimi olub

Oktyabrın 15-də XXIII Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. AFFA-nın inzibati binasında keçirilən tədbirdə 1/16 və 1/8 final mərhələsinin cütləri bəlli olub. Bu mərhələnin oyunları bir görüşdən ibarət olacaq.

Kanal24.az xəbər verir ki, 1/16 finalda “MOİK” – “Lokomotiv”, “Qaradağ Lökbatan” – “Zirə” oyunları, 1/8 finalda isə “Sumqayıt”-“Bakı”, “Xəzər Lənkəran” – “Araz-Naxçıvan”, “Simurq”–“Rəvan”, “Neftçala”–“AZAL”, “Şahdağ”-“İnter”, “Qəbələ”–“Ağsu” qarşılaşmaları keçiriləcək.
1/8 finalda, həmçinin “Qarabağ” komandası “MOİK” – “Lokomotiv” cütünün, “Neftçi” isə “Qaradağ Lökbatan”–“Zirə” cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, 1/16 final mərhələsinin oyunları oktyabrın 22-də, 1/8 final mərhələsinin oyunları isə dekabrın 3-də keçiriləcək.


07:32 16.10.2014