KANAL24.AZ
Az Iw En Ru

Neymar "Ginnesin Rekordlar Kitabı"na düşdü

İspaniyanın "Barselona" klubunun və Braziliya millisinin hücumçusu Neymar "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Kanal24.az xarici KİV-ə istinadən verdiyi məlumata görə, Neymar UEFA Çempionlar Liqası və Cənubi Amerika Libertadores Kubokunda het-trik edən ilk futbolçu olub. Rekord faktı 10 ay keçdikdən sonra qeydə alınıb.

Xatırladaq ki, Neymar 2012-ci ildə "Santos"un heyətində "İnternasional"a, 2013-cü ildə isə "Barselona"nın heyətində "Seltik"ə qarşı keçirdiyi oyunlarda het-trikə imza atıb.


02:33 16.10.2014