KANAL24.AZ
Az Iw En Ru

““Neftçi” hakimlər tərəfindən haqsızlığa məruz qalır”- Ramin Musayev

“İstər çempionat, istərsə kubok oyunu olsun, biz layiqli mübarizə istəyirik”. 

 

 Kanal24.az “Apasport.az”a istinadən məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. Musayev Azərbaycan kubokunun yeni mövsümünün püşkatması zamanı çıxış edərək, yarış haqda danışıb:  “Bəzən deyirlər ki, bir komanda birinə, başqası digərinə kömək olur. Özünüz də görürsünüz ki, hər şey normal şəraitdə keçir, ölkə çempionu bizi layiqli şəkildə Avroliqada təmsil edir. “Neftçi” isə bu yarışda hakimlər tərəfindən haqsızlığa məruz qalıb, mübarizəni dayandırdı. İstəyirik ki, bizdə belə səhvlər olmasın”.

 PFL prezidenti bildirib ki, kubok oyunlarında da çempionat görüşlərində istifadə olunan toplardan yararlanacaqlar: "Ötən illə müqayisədə I diviziona bu il daha çox nəzarət olunur. Çempionat başlayanda qərar gəldik ki, I divizionla Premyer Liqada oyunlar üst-üstə düşməsin. İndi I divizionda çəkiliş aparılır. Orda keçirilən bütün oyunlara baxılır. Qayda pozuntularının aşkarlanmasına səbəb odur ki, daha çox nəzarətdə saxlayırıq. Bizim əsas işimiz odur ki, Premyer Liqa klublarının diqqətini I diviziondakı gənc futbolçulara yönəldək".

 


02:04 16.10.2014