KANAL24.AZ
Az Iw En Ru

Sağlam qidalanın:Turpun faydaları

Turp həmişə sağlamlıq və gümrahlıq rəmzi sayılıb. El arasında işlədilən "turp kimi" ifadəsi də elə buradan götürülüb. Qırmızı turpun kəskin yandırıcı, qıcıqlandırıcı və acı dadı ondan müalicə vasitəsi kimi istifadə etməyə imkan verir. Onun bəlğəmgətirici və ağrıkəsici keyfiyyətləri də var. Bəzi bölgələrdə turpun yarpaqlarını doğrayıb dovğaya və ayranlı aşa tökürlər.

Kanal24.az AZƏRTAC-a istinadən bildirir ki, turp zəngin kimyəvi tərkibə malik olduğuna görə onu həm xarici, həm də daxili xəstəliklərə qarşı müalicə vasitəsi kimi tətbiq edirlər. Həmin maddələr sayəsində onun kökmeyvələri mədə-bağırsaq traktının selikli qişasının respiratorlarını qıcıqlandırır, həzm vəzilərinin sekresiyasını artırır, iştaha gətirir, bağırsaqların peristaltik hərəkətini gücləndirir, sidik və öd ifrazatını yaxşılaşdırır.

Xalq təbabətində ağ turpun şirəsi şəkər və balla qarışdırılaraq ağciyər və tənəffüs yolları xəstəliklərində, o cümlədən bronxit, yuxarı tənəffüs yolları katarı, göyöskürək, qanqusma və digər xəstəliklərdə iltihab əleyhinə və bəlğəmtəmizləyici vasitə kimi tətbiq edilir. Kökmeyvənin içərisi oyulur, əmələ gələn boşluq şəkər tozu və ya balla doldurulur, 4-6 saat isti yerdə saxlanandan sonra alınan şirə gündə 3-4 dəfə hər dəfə 1 xörək qaşığı qəbul edilir.

Turp şirəsindən qaraciyər sirrozu və toksiki hepatit əleyhinə, oynaq ağrıları, radikulit, miozit, nevralgiya, kəskin hepatit və enterokolit xəstəliklərində də istifadə etmək olar.


16:10 11.04.2017