KANAL24.AZ
Az Iw En Ru

Bu ağacın şirəsi min bir dərdin dərmanıdır

Martın axırları-aprelin əvvəlləri qönçələr açılmağa başlayanda ağcaqayın ağacından şirə çəkməyin ən yaxşı vaxtı hesab edilir.

Kanal24.az  AZƏRTAC-a istinadən bildirir ki, ağacın budağına su yeriyəndə çəkilən şirə uzun illərdən bəri slavyan xalq təbabətində ən xeyirli içki kimi qəbul edilir.

Ağac kök hissəsindən 1 metrdən hündür olmayan gövdəsi çərtilərək rezin və ya kapron borunun bir ucu həmin nahiyəyə, digər ucu axan şirəni yığmaq üçün butulkaya qoyulur. Bir qədər yaşlı ağacın seçilməsi daha yaxşıdır, 25-30 yaşı olan ağacdan təxminən 5-7 litrə qədər şirə axır. Ağcaqayın şirəsi tam canlı sudur və tərkibi vitamin və fermentlərlə zəngindir, onun təzə halda içilməsi həzm prosesini yaxşılaşdırır, mədə xorası, ödemlər və qastrit zamanı faydalı təsir göstərir. İçilməmiş şirənin xarab olmaması üçün onu soyuducuda saxlamaq lazımdır.

Ağcaqayın qönçələrindən dəmlənilən çay orqanizm üçün əhəmiyyətli qida maddələri ilə zəngindir və tərkibində efir yağı var. Soyuducuda dondurulmuş şirədən bir hissə də çayın içərisinə atmaq olar.

15:33 11.04.2017