KANAL24.AZ
Az Iw En Ru

Stress və depressiyanə aradan qaldıran ədviyyatlar

"Bildiyimiz kimi faydalı ədviyyatlar  qoxu və rəngləri ilə yalnız yeməkləri dadlandırmır, sağlamlıq üçün də faydalı olur”.
 
Bu ədviyyatlar içərisində zəncəfil və qırmızı bibər, stressə və depressiyaya, maddələr mübadiləsinə, immunitetin güclənməsinə və səhhətin yaxşılaşmasına təsirli olan ədviyyatlar sırasındadır.
 
Bəzi məlumatlara əsasən zəncəfil stressin dərmanı hesab olunur. Yalnız immuniteti dəstəkləmir, depressiv hallara da təsirli olur. Bir az təzə zəncəfil və dilimlənmiş bir tam limon xəstəliklərə qarşı effektivdir. İstəyə uyğun olaraq qida rasionunda gün boyu bu reseptdən istifadə etdikdə artıq yağları da əritmək olur.
Zəncəfil mübadilə proseslərini sürətləndirir və bunun nəticəsində arıqlamağa kömək edir.
 
Toz halında olan zəncəfili xoşladığınız suplara, sabah yeməyində ləzzətli qida növü olan bala əlavə etdikdə bahar xəstəliklərinə təsirlidir.
 
Onuda qeyd etmək lazımdır ki, zəncəfil antioksidant xüsusiyyətlərinə malikdir, insanın orqanizmini toksinlərdən, şlaklardan təmizləyir, cavanlaşdırır, orqanizmin tonusunu qaldırır, immuniteti möhkəmləndirir.
 
Ədviyatlardan qırmızı bibər maddəsi maddələr mübadiləsini sürətləndirməyə, artıq yağları əritməyə təsirlidir.
 
Tərkibində olan antioksidant sayəsində göz sağlamlığından bir çox xəstəliyə faydalı hesab olunur.
Faydalı vitamin kompleksi ilə immunitet sisteminə müsbət təsir göstərir.
 
Acı bibərin tərkibində ağrıkəsici maddələr də vardır.
 

 


03:39 11.04.2017