“Vogue” moda jurnalının Böyük Britaniya versiyasının 100 illik tarixində ilk dəfə kişi baş redaktor təyin olunub.
Kanal24.az məlumatına görə, 45 yaşlı qanalı Edvard Enninful avqustun 1-dən yeni vəzifədə işə başlayacaq.
O, bu vəzifədə 25 il çalışmış Aleksandra Şulmanı əvəz edəcək.
Edvard Enninful bundan əvvəl “Vogue” jurnalının ABŞ və İtaliya versiyalarında da çalışıb.