KANAL24.AZ
Az Iw En Ru

Mətbəxdəki TƏBİİ AĞRIKƏSİCİLƏR...

 
Bəzən bəlkə xeyri dəyər deyə əlimizin altında olan, Allahın bizə bəxş etdiyi  nemətlərdən tərəddüdlə istifadə etmək fikrinə düşürük. 
 
Tibb mütəxəssislərinin araşdırmasına görə təbii vasitələrdən dərman kimi istifadə etmək sağlam yaşamağımız üçün daha faydalıdır.
 
Əzələ ağrıları üçün zəncəfil
 
Mütəxəssislər əzələ, oynaq, şiş kimi ağrı problemi olanlardan 2 ay ərzində qidalanmalarına zəncəfil əlavə etməklərini tövsiyə edir. Gündə 1 çay qaşığı qurudulmuş zəncəfil, ya da 2 çay qaşığı doğranmış təzə zəncəfilin yeməklərə əlavə olunması məsləhətdir.
 
Diş ağrısı üçün mixək 
 
Dişiniz ağrıyır və dərhal  diş həkiminə gedə bilmirsiniz? Quru mixək çeynəmək 2 saat boyunca diş ağrınızın azalmasına köməkçi olar. On beş çay qaşığı üyüdülmüş mixək ürəyinizi də qoruyur. Bu eyni zamanda üç həftədən daha qısa müddətdə qan şəkərini sabit saxlamağa və xolesterini aşağı salmağa kömək edir.
 
Mədə qıcqırması üçün alma sirkəsi
 
Hər yeməkdən əvvəl 1 xörək qaşığı alma sirkəsini on beş stəkan su ilə qarışdırıb için. Mədə qıcqırmasının 24 saat içində necə azaldığını görəcəksiniz. Alma sirkəsində olan tartarik turşusu həzm sisteminizi gücləndirir, yağların daha sürətli parçalanmasını təmin edir və mədəniz qısa müddətdə boşalır.
 
Qulaq infeksiyası üçün sarımsaq
 
Ağrılı qulaq infeksiyaları üçün sarımsaq çox effektlidir. Beş gün ərzində ilıq sarımsaq yağını gündə iki dəfə ağrıyan qulağınıza damcıladın. Bu tətbiq qulaq iltihabını qısa müddətdə müalicə edir. Sarımsaq həmçinin, bakteriyaların səbəb olduğu bir çox xəstəlikləri müalicə etməyə də qadirdir. Sarımsaq yağını özünüz də hazırlaya bilərsiniz. Əzilmiş 3 diş sarımsağı yarım fincan zeytun yağının içində iki dəqiqə saxlayın. Yağı yaxşıca süzdükdən sonra soyuducuda iki həftəyə qədər saxlaya bilərsiniz. Bu qarışığı istifadə etməzdən əvvəl bir az qızdırın. Bu şəkildə qulaq kanalından daha yaxşı gedəcəkdir. 
 
Oynaq və baş ağrıları üçün albalı
 
Oynaq və baş ağrısı problemi yaşayırsınızsa bir kasa, ən az 20 ədəd gilas yeyərək probleminizi həll edə bilərsiniz. Mütəxəssislər, gilasa parlaq qırmızı rəng verən anthokyaninin ibuprofen və aspirindən daha təsirli olduğunu bildirir.
 
Aybaşı ağrısı üçün qatıq
 
Qadınların çoxu hər ay aybaşı ağrısı çəkir. Gündə 2 kasa qatıq yemək ağrının təsirlərini 48 faiz azaldır. Kalsium və minerallala  zəngin olan qatıq sinir sisteminə də  müsbət təsir göstərir.
 
 
Uşaqlıq ağrıları üçün yulaf
 
 Yulaf ilə  6 ay ərzində qidalanan qadınların uşaqlıq ağrılarında azalma olduğu görülüb.
 
 
Ayaq ağrıları üçün duz
 
Mütəmadi olaraq ilıq duzlu suyla ayaqlarınızı  yumaq və duzlu suda saxlamaq dırnaq infeksiyalarından qoruyur. Təbii antibakterial duzlu su ayaq şişməsi və dırnaq iltihabının qarşısını alır. Ayaqlarınızı gündə iki dəfə 20 dəqiqə iliq duzlu suda saxlayın.
 
Yığılan əzələlər üçün Nanə yağı
 
Nanə yağı inadkar və açılmayan əzələləri yumşaldır, ağrıları azaldır.
 
Xroniki ağrılar üçün zərdəçal
 
Zərdəçal bir çox ağrı kəsicidən daha təsirlidir. Artirit, fibromiyalji kimi xəstəliklər üçün faydalıdır. Həftədə 3 dəfə qızdırılmış 10 damcı nanə yağı ilə ağrıyan və yığılan əzələlərinizi masaj edin. 
 
Qara üzüm
 
Gündə bir kasa qara üzüm yemək qan damarlarını rahatlaşdırır və yumşaldır.
 
Ağrılarınızı su ilə yox edin
 
Bədəninizdə ağrı varsa bir həftə ərzində gündə 8 stəkan su için. Az su işlətmək oynaq və sümük ağrılarına da səbəb olur..
 
Həzm probleminə qarşı ananas
 
Gündə bir kasa təzə ananas, tərkibindəki minerallarla 72 saat ərzində ağrılarınızı azaldar.
 
Ağız yaraları üçün bal
 
Ağızdakı stomatit və dodaq çatlaqlarına  gündə 4 dəfə saf bal sürtün. Bu tətbiqi etmək kremlərdən daha faydalıdır.
 
Döş ağrıları üçün kətan toxumu
 
Gündəlik qidalanmaya 3 qaşıq kətan toxumu əlavə etmək sinə ağrılarını 12 həftədə keçirir. Bundan başqa, üyüdülmüş halını qatıq və ya fərqli qidalarla yemək də eyni təsiri göstərir.

 


15:36 10.04.2017